إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Google Ramazan ayı münasibətilə xüsusi layihə hazırlayıb

Google korporasiyası Müqəddəs Ramazan ayına həsr edilmiş xüsusi Google Ramadan adlı layihə hazırlayıb. Şirkətin rəsmi blogunun verdiyi məlumata görə, səhifədə 24 saat Məkkədə yerləşən Müqəddəs Kəbənin canlı yayımı olacaq. Həmçinin bildirilir ki, xüsusi layihənin səhifəsində dünyanın məşhur aşpazlarının video seminarları yerləşdiriləcək.  Videoda aşpazlar tövsiyə etdikləri iftar üçün xüsusi yeməklərin hazırlanmasını göstərəcəklər. Üstəlik Google Asiyanın müxtəlif ölkələrində istehsal olunan ailə arasında baxılması nəzərdə tutulan video çarxlar təklif edir. Layihədə Google+ sosial şəbəkəsində müsəlmanların yayımladığı Ramazan ayına aid şərhlərin dərc edilməsinə və istifadəçilərin yaxınları arasında video konfransların təşkil edilməsinə icazə veriləcək.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 İyul, 2013  19:53 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!