إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Qahirədə "Müsəlman Qardaşları"nın baş ofisi partladıldı

RT xəbər agentliyinin verdiyi məlumata görə ,  Misirdə son günlər prezident Mursinin istefasını tələb edən aksiya iştirakçıları tərəfindən Qahirədə yerləşən Misirin "Müsəlman Qardaşları" təşkilatının baş ofisinin binası partladılmışdır. Partlayış zamanı binada heç kəs olmadığından xəsarət alan olmayıb.

Qeyd edək ki, Misirdə son günlər hökumətə qarşı xalq üsyanı başlayıb. Milyonlarla insan prezident Mursinin istefasını tələb edərək aksiyalar keçirir.

Xatırladaq ki , "Müsəlman Qardaşları" əsası Misirdə Həsən Əl Bənna tərəfindən qoyulmuş beynəlxalq dini-siyasi təşkilatdır. Mübarək dövründə rəsmi fəaliyyəti qadağan edilmişdir. Hüsni Mübarəkin devrilməsindən sonra Misirdə bu təşkilata olan qadağa aradan qaldırılmışdır.  4 dekabr 20011 ci ildə keçirilən Parlament seçkilərində siyasi təşkilat 40 % səs toplayaraq qələbə qazanmışdır.  İyun 2012 ci ildə keçirilən Prezident seçkilərində "Müsəlman Qardaşları" təşkilatından olan Muhammad Mursi qalib gəlmişdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 İyul, 2013  21:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!