إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Gəncədə vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Gəncədə vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl komitə sədri İmamzadə dini memarlıq kompleksində əsaslı bərpa işlərinin gedişi ilə maraqlanıb və əhalinin bir qismini orada qəbul edib.
Azərbaycan Dövlət Aqrar Univeristetinin binasinda keçirilən əsas qəbulda isə Goranboy, Samux, Gəncə, Göygöl, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından 25 nəfər vətəndaş iştirak edib.
Mətbuata açıqlamasında Elşad İskəndərov deyib ki, müraciətlərin əksəriyyətini bölgədə yeni dini dükanların açılması və mövcud olanların qanunauyğun fəaliyyət göstərməsinin tənzimlənməsi təşkil edib. Həmçinin qəbulda Gəncədə əhli sünnə məscidinin açılması ilə əlaqədar müraciətlər də edilib.
“Cənab prezidentin Şamaxı məscidinin açılışında dediyi kimi, Azərbaycanda bir dənə də olsun təmirsiz dini abidə qalmayacaq.” - E.İskəndərov belə deyib.
Regionda fəliyyət göstərən dini icmaların qeydiyyatdan keçməsi məsələsinə aydınlıq gətirən komitə sədri bildirib ki, əksər dini icmalar qeydiyyatdan keçib. Yalnız 8 belə icmanın sənədləri qaydasında olmadığından onların qeydiyyatı hələlik qalıb: “Bu o demək deyil ki, onlar tam fəaliyyətsizdir, sadəcə göstərdikləri fəaliyyət məhdudlaşdırılıb.
Bildirək ki, qərb bölgəsində 42 dini icma fəaliyyət göstərir.


salamnews

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 May, 2013  20:51 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!