|
QHT-lərə Dövlət Dəstəyi Agentliyinə 2024-cü il müsabiqələri üçün 754 layihə təklifi daxil olubQHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2024-cü il üzrə müsabiqələrə müraciətdə yüksək fəallıq qeydə alınıb.
Ahlibeyt.az-ın xəbərinə görə, Agentliyin məlumatında bildirilir ki, Layihələrini yükləmək üçün elektron sistemdə qeydiyyata 779 QHT müraciət edib. Onlardan 42 QHT-nin təqdim etdiyi sənədlərdə texniki qüsurlar, çatışmazlıqlar olduğu, vaxtında əlavə və düzəlişlər edilmədiyi üçün qeydiyyata alınmayıb. Beləliklə, 2024-cü ilin kiçik, orta və böyük qrant müsabiqələri üçün layihə yükləmək hüququna 737 QHT malik olub. Yekun olaraq, 754 layihə təklifi qəbul olub.
Bölgü bu şəkildə formalaşıb:
Kiçik qrant müsabiqəsi - 532 layihə; Orta qrant müsabiqəsi - 147 layihə; Böyük qrant müsabiqəsi - 75 layihə.
Yaxın 1 ay ərzində texniki ekspertiza nəticələri bütün QHT-lərə bildiriləcək. Texniki ekspertiza mərhələsindən də uğurla keçən layihələri müstəqil ekspert qrupu yoxlayacaq. Bundan sonra müstəqil ekspert qiymətləndirməsi aparılmış layihələrə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası kollegial əsasda baxacaq. Qaliblərin adlarının 2024-cü ilin fevralında elan edilməsi nəzərdə tutulur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Dekabr, 2023 10:30 ⁄ Çap
Bu bölmədə6 İyun, 2025 Qurban bayramınız mübarək31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür |
Xəbər lenti
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |