12 Dekabr, 2023
QHT-lərə Dövlət Dəstəyi Agentliyinə 2024-cü il müsabiqələri üçün 754 layihə təklifi daxil olub

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2024-cü il üzrə müsabiqələrə müraciətdə yüksək fəallıq qeydə alınıb.

Ahlibeyt.az-ın xəbərinə görə, Agentliyin məlumatında bildirilir ki, Layihələrini yükləmək üçün elektron sistemdə qeydiyyata 779 QHT müraciət edib. Onlardan 42 QHT-nin təqdim etdiyi sənədlərdə texniki qüsurlar, çatışmazlıqlar olduğu, vaxtında əlavə və düzəlişlər edilmədiyi üçün qeydiyyata alınmayıb.

Beləliklə, 2024-cü ilin kiçik, orta və böyük qrant müsabiqələri üçün layihə yükləmək hüququna 737 QHT malik olub. Yekun olaraq, 754 layihə təklifi qəbul olub.

 

Bölgü bu şəkildə formalaşıb:

 

Kiçik qrant müsabiqəsi - 532 layihə;

Orta qrant müsabiqəsi - 147 layihə;

Böyük qrant müsabiqəsi - 75 layihə.


Layihə təklifləri müvəffəqiyyətlə sistemə yüklənmiş QHT-lərə müsabiqələrdə uğurlar arzulayırıq!

Yaxın 1 ay ərzində texniki ekspertiza nəticələri bütün QHT-lərə bildiriləcək. Texniki ekspertiza mərhələsindən də uğurla keçən layihələri müstəqil ekspert qrupu yoxlayacaq. Bundan sonra müstəqil ekspert qiymətləndirməsi aparılmış layihələrə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası kollegial əsasda baxacaq.

Qaliblərin adlarının 2024-cü ilin fevralında elan edilməsi nəzərdə tutulur.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12321.html