|
|
Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçilibGürcüstan Müsəlmanları İdarəsinin (GMİ) yeni şeyxinin seçilməsi ilə bağlı İdarənin Ali Dini Şurasının iclası baş tutub. Ahlibeyt.az-ın xəbərinə görə, Ali Dini Şuranın səs çoxluğu ilə, Hacı Faiq Nəbiyev 5 il müddətinə GMİ-nin yeni şeyxi seçilib. Məlumata görə, şeyx seçkilərində üç namizəd - “Alulbeyt” təşkilatının rəhbəri Hacı Faiq Nəbiyev, Marneuli Qızılhacılı İmam Həsən məscidinin axundu Hacı Qurban Murquzov və Muslimmedia-nın rəhbəri Hacı Vidadi Qurbanov olub. GMİ-nin əvvəlki şeyxi Hacı Ramin İgidov seçkilərdə namizədliyini irəli sürməyib. Qeyd edək ki, 1977-ci ildə Marneulinin Sabirkənd kəndində anadan olmuş Hacı Faiq Nəbiyev ilk dini təhsilini Gəncə Mədrəsəsində alıb. Daha sonra dini təhsilini İranın Qum şəhərində Dini hövzədə, həmçinin Beynəlxalq Əl-Mustafa Universitetində 5 il müddətində təhsil alıb. O, 2002-ci ildə “Alulbeyt” Dini Mədəni Maarif Mərkəzinin təsis olunmasından bugünədək sözügedən mərkəzin müdiri vəzifəsini tutub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Dekabr, 2023 18:24 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
9 Dekabr, 2025 10:56
27 Sentyabr, 2025 11:10
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |