1 Dekabr, 2023
Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçilib

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) yeni şeyxinin seçilməsi ilə bağlı İdarənin Ali Dini Şurasının iclası baş tutub.

Ahlibeyt.az-ın xəbərinə görə, Ali Dini Şuranın səs çoxluğu ilə, Hacı Faiq Nəbiyev 5 il müddətinə GMİ-nin yeni şeyxi seçilib.

Məlumata görə, şeyx seçkilərində üç namizəd -  “Alulbeyt” təşkilatının rəhbəri Hacı Faiq Nəbiyev, Marneuli Qızılhacılı İmam Həsən məscidinin axundu Hacı Qurban Murquzov və Muslimmedia-nın rəhbəri Hacı Vidadi Qurbanov olub.

GMİ-nin əvvəlki şeyxi Hacı Ramin İgidov seçkilərdə namizədliyini irəli sürməyib.

Qeyd edək ki, 1977-ci ildə Marneulinin Sabirkənd kəndində anadan olmuş Hacı Faiq Nəbiyev ilk dini təhsilini Gəncə Mədrəsəsində alıb. Daha sonra dini təhsilini İranın Qum şəhərində Dini hövzədə, həmçinin Beynəlxalq Əl-Mustafa Universitetində 5 il müddətində təhsil alıb. O, 2002-ci ildə “Alulbeyt” Dini Mədəni Maarif Mərkəzinin təsis olunmasından bugünədək sözügedən mərkəzin müdiri vəzifəsini tutub.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12315.html