|
|
TDT üzv ölkələri arasında ortaq halal infrastrukturun qurulması təklif edilibTürk dövlətləri təşkilatlarina üzv ölkələr arasında ortaq halal infrastrukturun qurulması əsas məqsədlərdən biridir. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı Bakıda keçirilən Türk Dövlətləri II Aqrobiznes Forumunda bildirib. Nazir Forumu üzv ölkələr arasında kənd təsərrüfatı, qida, infrastruktur, nəqliyyat sahələrində əməkdaşlığı genişləndirən mühüm bir platforma adlandırıb. Türk nazir müasir çağırışlar fonunda mövcud çətinliklərin həlli üçün yol xəritələrinin hazırlanması və əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu, TDT üzvləri arasında olan strateji tərəfdaşlığın önəmli investisiyalara çevriləcəyinə inandığını bəyan edib. İ.Yumaklı vurğulayıb ki, Bakıdakı Forum Türk dövlətləri arasında əməkdaşlığı genişləndirən mühüm bir platformadır. Qeyd edək ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılan və digər dost və qardaş üzv-dövlətlər tərəfindən dəstəklənən Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin ilk toplantısı Özbəkistanda keçirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Sentyabr, 2023 13:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |