26 Sentyabr, 2023
TDT üzv ölkələri arasında ortaq halal infrastrukturun qurulması təklif edilib

Türk dövlətləri təşkilatlarina üzv ölkələr arasında ortaq halal infrastrukturun qurulması əsas məqsədlərdən biridir.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı Bakıda keçirilən Türk Dövlətləri II Aqrobiznes Forumunda bildirib.

Nazir Forumu üzv ölkələr arasında kənd təsərrüfatı, qida, infrastruktur, nəqliyyat sahələrində əməkdaşlığı genişləndirən mühüm bir platforma adlandırıb.

Türk nazir müasir çağırışlar fonunda mövcud çətinliklərin həlli üçün yol xəritələrinin hazırlanması və əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu, TDT üzvləri arasında olan strateji tərəfdaşlığın önəmli investisiyalara çevriləcəyinə inandığını bəyan edib.

İ.Yumaklı vurğulayıb ki, Bakıdakı Forum Türk dövlətləri arasında əməkdaşlığı genişləndirən mühüm bir platformadır.

Qeyd edək ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılan və digər dost və qardaş üzv-dövlətlər tərəfindən dəstəklənən Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin ilk toplantısı Özbəkistanda keçirilib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12265.html