إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ərbəin günündə İmam Hüseyn (ə) hərəminin səmadan möhtəşəm görüntüləri (FOTO,VİDEO)

Ərbəin günündə 20 milyon civarında zəvvar Kərbəlaya toplaşıb. Zəvvarların bir neçə gün piyada yol qət etmələrindən sonra bu gün Kərbəlada İmam Hüseynin məzarı və onun ətrafında Ərbəin mərasimi keçirilir.

Bu gün hicri-qəməri təqvimi səfər ayının 20-si Ərbəin günüdür. Günlərdir yollarda olan zəvvarlar uzun məsafələri piyada qət edərək, bu gün özlərini Kərbəlada İmam Hüseynin (ə) hərəminə çatdırıblar.

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, İmam Hüseynin Ziyarətgahı İdarəsi Kərbəlada Ərbəin mərasiminin başladığını bildirib.

Məlumata görə, 30 min təhlükəsizlik qüvvəsinin və 5 mindən çox səhiyyə işçisinin cəlb edilməsilə Ərbəin yürüşü və mərasimi təhlükəsiz vəziyyətdə davam edir.

Bu gün Kərbəlada Ərbəin ziyarətnaməsini milyonlarla insan birgə şəkildə oxuyacaqlar.

Ərbəin ziyarətinin təhlükəsizliyini təmin edən İraq Ordusunun Mətbuat xidmətindən verilən son məlumata görə, Ərbəin ziyarətinə 20 milyon insan qatılıb ki, onların azı beş milyonu xarici zəvvardır.

Qeyd edək ki, Ərbəin ziyarəti İmam Hüseynin qırxından beş-on gün öncə, bəzən də bir ay öncə zəvvarların Kərbəla istiqamətində piyada yola düşməsi ilə başlayır. Zəvvarlar adətən səfər ayının 15-dən 20-ə kimi Nəcəfdən Kərbəlaya olan 80 km-lik yolu piyada qət edərək, hər zaman İmam Hüseynə və onun ilahi missiyasına sadiq qaldıqlarını nümayiş etdirirlər.

İmam Hüseynin (ə) hərəminin səmadan fərqli görüntülərini təqdim edirik:

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Sentyabr, 2022  12:15 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!