|
|
“İrəli” 2022-ci il üzrə növbəti təcrübə proqramını elan edir“İrəli” İctimai Birliyi gənclərin hərtərəfli inkişafı, o cümlədən yeni bilik və bacarıqların əldə olunmasına dəstək məqsədi ilə 2022-ci il üzrə növbəti təcrübə proqramını elan edir. Ahlibeyt.az xəbər verir ki, bu barədə Birliyin sosial media hesabında məlumat verilib. Təcrübə proqramına 17-25 yaşlarında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli və komanda ilə işləmə bacarığına sahib olan gənclər qatıla bilərlər. “İrəli” İctimai Birliyi gənclər üçün 2022-ci il Təcrübə proqramını elan edir! Proqram çərçivəsində gənclər aşağıda qeyd olunan sahələr üzrə təcrübə əldə edəcəklər: – Gənclərlə iş; – Təhsil və təlim; – Mətbuat; – Beynəlxalq əlaqələr; – Layihələrlə iş; – Sosial iş; – Media. 3 ay müddətində davam edəcək proqramı uğurla başa vurmuş təcrübəçilərimiz şəhadətnamə ilə təltif olunacaqlar. Təcrübə proqramına qatılmaq üçün tələblər: -17-23 yaş aralığında olmalı; -İşində yüksək səriştəyə malik olmalı; -Təşəbbüskar və məsuliyyətli olmalı; -Komanda ilə işləmə bacarığı olmalı; -Könüllülük prinsipinə üstünlük verməli; -Gənclərlə iş sahəsində fəaliyyət göstərmək üçün motivasiyalı olmalı. Əgər siz də ictimai fəaliyyətinizi inkişaf etdirmək, peşə və bacarıqlara yiyələnməklə təcrübənizi artırmaq istəyirsinizsə, “İrəli” ailəsinə qoşulun! Son müraciət tarixi: 22.09.2022 18:00 Qeyd edək ki, təcrübə proqramı ödənişsiz şəkildə həyata keçirilir. Qeydiyyatdan keçmək istəyən gənclər aşağıdakı linkə keçid edə bilərlər:
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Sentyabr, 2022 08:43 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |