
“İrəli” İctimai Birliyi gənclərin hərtərəfli inkişafı, o cümlədən yeni bilik və bacarıqların əldə olunmasına dəstək məqsədi ilə 2022-ci il üzrə növbəti təcrübə proqramını elan edir.
Ahlibeyt.az xəbər verir ki, bu barədə Birliyin sosial media hesabında məlumat verilib. Təcrübə proqramına 17-25 yaşlarında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli və komanda ilə işləmə bacarığına sahib olan gənclər qatıla bilərlər.
“İrəli” İctimai Birliyi gənclər üçün 2022-ci il Təcrübə proqramını elan edir!
Proqram çərçivəsində gənclər aşağıda qeyd olunan sahələr üzrə
təcrübə əldə edəcəklər:
– Gənclərlə iş;
– Təhsil və təlim;
– Mətbuat;
– Beynəlxalq əlaqələr;
– Layihələrlə iş;
– Sosial iş;
– Media.
3 ay müddətində davam edəcək proqramı uğurla başa vurmuş təcrübəçilərimiz şəhadətnamə ilə təltif olunacaqlar.
Təcrübə proqramına qatılmaq üçün tələblər:
-17-23 yaş aralığında olmalı;
-İşində yüksək səriştəyə malik olmalı;
-Təşəbbüskar və məsuliyyətli olmalı;
-Komanda ilə işləmə bacarığı olmalı;
-Könüllülük prinsipinə üstünlük verməli;
-Gənclərlə iş sahəsində fəaliyyət göstərmək üçün motivasiyalı olmalı.
Əgər siz də ictimai fəaliyyətinizi inkişaf etdirmək, peşə və bacarıqlara yiyələnməklə təcrübənizi artırmaq istəyirsinizsə, “İrəli” ailəsinə qoşulun!
Son müraciət tarixi: 22.09.2022 18:00
Qeyd edək ki, təcrübə proqramı ödənişsiz şəkildə həyata keçirilir.
Qeydiyyatdan keçmək istəyən gənclər aşağıdakı linkə keçid edə bilərlər: