|
• DünyadaİƏT Azərbaycanın Londondakı səfirliyinin binasına hücumu pisləyən bəyanat yayıbİslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi 2022-ci il avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasına hücumu pisləyən bəyanat yayıb. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bəyanatda deyilir: “İƏT-in Baş Katibliyi radikal dini qruplar tərəfindən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə qarşı zorakılıq və qəbuledilməz hücum aktını pisləyir. Qrup üzvləri səfirliyin binasına daxil olaraq vandalizm aktı törədib, binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulması deməkdir. Baş Katiblik hadisənin hərtərəfli araşdırılmasını tələb edir”. Qeyd edək ki, avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə bir qrup radikal dini dəstənin üzvləri hücum edib. London polisi onlardan 8 nəfərin saxlanıldığını bildirib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Avqust, 2022 08:22 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |