|
• DünyadaMisirin vasitəçiliyi ilə İsrail və Fələstin atəşkəsi qəbul ediblərİsrail və Fələstin ötən gecədən etibarən atəşkəsin bərqərar olmasına dair Misirin təklifini qəbul ediblər. İki gün davam edən qarşılıqlı raket hücumlarından sonra tərəflər yerli vaxtla saat 20:00-dan atəşin dayandırılması barədə razılığa gəliblər. Ahlibeyt.az xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisinin xüsusi elçisi avqustun 6-7-də Təl-Əviv və Qəzzada danışıqlar aparıb. “Əl Əhram” qəzetinin məlumatına görə, İsrail, həmçinin hazırda yanacaq böhranı ilə üzləşmiş Qəzzanın blokadasının yumşaldılması təklifini də qəbul edib. Bildirilir ki, qarşıdurma nəticəsində 41 fələstinli həyatını itirmiş 300 nəfərdən çox yaralı var. Qeyd edək ki, ötən ilin mayında İsrail və Fələstin müqavimət qrupları arasında baş verən 11 gün davam edən qarşıdurma Misirin vasitəçiliyi ilə son qoyulmuşdu.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Avqust, 2022 08:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |