|
• DünyadaHusilər Yəməndə atəşkəs müddətinin artırılması üçün şərt irəli sürüblərHusilər paytaxt Sənada hava limanının fəaliyyətinə icazə verilməsi, maaşların ödənilməsi və əl-Hudeyda limanın fəaliyyətinə tam şəkildə icazə verilməsini şərt olaraq irəli sürüblər. Ahlibeyt.az-ın məlumatına görə, SalamNews əl-Məyadinə istinadən xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Hökumətinin Ali Siyasi Şurası"nın sədri Mehdi əl-Mşat tələb irəli sürüb. O, Sənada Oman Sultanlığının nümayəndə heyətini qəbul edərkən Yəməndə atəşkəs müddətinin artırılması üçün Səna hava limanı və əl-Hudeyda dəniz limanının tam şəkildə açılması, habelə maaşların ödənilməsinin şərt olduğunu deyib. “Bu addımların həyata keçirilməsi sülhü dəstəkləyən mühit yaradacaq, təcavüz və mühasirə nəticəsində vətəndaşların çəkdiyi əziyyətlərin yüngülləşdirilməsinə mühüm töhfə verəcək”, deyə o bildirib. Qeyd edək ki, Yəməndə atəşkəs ikinci dəfədir uzadılır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Avqust, 2022 10:55 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |