|
• DünyadaICESCO “Uşaqlar naminə sülh” devizi altında festival keçirirİslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) Mərakeş paytaxtı Rabatdakı baş qərərgahında 31 ölkədən olan 400-dən çox azyaşlının iştirakı ilə “Uşaqlar naminə sülh” devizi altında dünya uşaqları arasında sülh və birgəyaşayış mədəniyyətini möhkəmləndirmək məqsədi ilə festival keçirilir. Ahlibeyt.az-ın xəbərinə görə, təşkilatın yaydığı məlumatda bildirilib ki, 14-cü Beynəlxalq Uşaqlar Sülh Naminə Festivalı dünya uşaqları arasında sülh və birgəyaşayış mədəniyyətini möhkəmləndirmək məqsədi ilə 24-31 iyul tarixlərində Sale şəhərindəki Bouregreg Assosiasiyası tərəfindən təşkil olunur. Festivalın açılış mərasimində çıxış edən İCESKO-nun baş direktoru doktor Salem bin Məhəmməd Əl-Malik ölkələrinin mədəni və sivilizasiya müxtəlifliyini əks etdirən ənənəvi geyimlərini qürurla geyinən bu uşaqları qəbul etməkdən məmnunluğunu qeyd edib və dini inanclardan, irqi və mədəni fərqliliklərdən asılı olmayaraq birgəyaşayışın vacibliyini bildirib. Baş Direktor iştirakçı uşaqların təmsil etdikləri ölkələr arasında ünsiyyət körpüləri qurmaq və anlaşılmazlıqdan qaçmaq üçün adət-ənənələri, dəyərləri bölüşməyə imkan verilməsini yüksək qiymətləndirib. Festivalda öz xalqlarının milli geyimlərində olan uşaqlar folklor nümunələrini təqdim ediblər. Tədbir iyulun 31-dək ICESCO-nun təşkil etdiyi düşərgədə qalacaq, müxtəlif mövzularda mədəni tədbirlərdə iştirak edəcəklər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 İyul, 2022 08:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |