|
• Mənəviyyat • MənəviyyatKamala doğru hərəkətin ilkin şərti - Kumeyl duasının şərhiKamala doğru hərəkətin ilkin şərti Əbu Hazim Məkki deyir: "Dünyadan çəkinin. Eşitmişəm ki, Qiyamət günü bəndə sorğuya çəkildiyi vaxt Allah-Taala belə nida edər: "Bu o bəndədir ki, Allahın kiçik saydığını böyük sayıb, Allahın düşmən tutduğunu dost tutub.” "Və nəfsi bi xiyanətiha və mitali” ("Nəfsim öz cinayətləri və xəyanətləri ilə məni aldatdı.”) Nəfs elə bir mövcuddur ki, onu dərk etmək çətin, bəzən isə imkansızdır. Amma onun ayə və rəvayətlərdə qeyd edilmiş xüsusiyyətlərini tanımaq olar. Əgər nəfs tərbiyə olunmazsa, yolunu azar və istənilən hər bir günaha aparar. "Həva və həvəs” nəfs üçün çox təhlükəlidir. "Həva”nın lüğəvi mənası hündür yerdən aşağı yıxılmaq və ya səhv yolda həlak olmaqdır. Bu sözün digər bir mənası maddi və mənəvi işlərə ifrat məhəbbətdir. "Həvəs” kəlməsinin lüğəvi mənası isə sınmaq, fəsad, avaralıq və heyrətdir. Nəfs bəhsində "həvəs” dedikdə müəyyən bir məsələdə nəfsin eşq, kin, qəzəb, nifrət kimi iztirablara düçar olması, aramlığını itirməsi başa düşülür. Hər an hansısa həvəsdə olan insanın kamilliyə doğru addım atması qeyri-mümkündür. Kamala doğru hərəkətin ilkin şərti ruhi aramlıq və sakitlikdir. Həvəs olan yerdə aramlıq yoxdur və əql heç bir hakimiyyətə malik deyildir. Uşağa həvəs hakim olur. Ona daim nəzarət etmək lazımdır ki, həvəs xasiyyətə çevrilib sabitləşməsin. Qadın da, adətən, həvəsə tabe olur. Daxili həyatın idarəsi üçün xəlq edilmiş qadının belə bir xüsusiyyətə malik olması təbii haldır. Onlar xırdalıqlara daha çox diqqət yetirir və həsəd onlara iztirab verir. Belə isə, onların nəfsi təlim-tərbiyə vasitəsi ilə əqlə itaətə vadar edilməlidir. Özbaşına buraxılmış nəfs şəhvətə çevrilir. İnsanın özü və ya bir başqası bu şəhvətin qarşısını almazsa, şəhvət xəstəlik və dəlilik həddinə çatar. Bu xəstəlik insanda hərislik, vəzifəpərəstlik şəklində təzahür edə bilər. İnsan nə qədər kar və kor olmalıdır ki, öz istəyinə çatmaq üçün min bir günaha batsın, müqəddəslikləri ayaq altına atsın, hətta vətənini satmaqdan belə çəkinməsin! Belə insanların dostluğuna, əhdinə bel bağlamaq olmaz. Çünki onlar öz istəklərinə çatmaq üçün ən əziz adamlarını belə qurban verməyə hazırdırlar. Belələri ətrafındakılara bir vasitə kimi baxır. Təqvalı, mömin insanlar belələrində nifrət doğururlar. Dedik ki, həvəs şəhvətə şəhvət isə dəliliyə çevrilir. Çünki şəhvətə məğlub olanlar ağlını itirir. Ağlını itirmək isə dəlilərə məxsus əlamətdir. Xəstə isə o insanı hesab etmək olar ki, xəstəlik qarşısında çarəsizdir. Məqampərəstlik bütün digər arzulardan daha şiddətlidir. Şəriətə bu arzular böyük zərbələr dəymişdir. İnsanlar bəzən vəzifəyə, məqama çatmaq üçün hətta öz atalarının qatili olmaqdan çəkinməmişlər. Sözsüz ki, həva-həvəsə uymuş nəfsin bu qədər məzəmmət edilməsi o demək deyil ki, insan birdəfəlik nəfsini ayaqları altına atıb, özünü məhv etməlidir. Məzəmmət olunan nəfs həddi aşan nəfsdir. İnsanda nəfsin yaradılmasında məqsəd vardır. İnsanın bütün müsbət özünümüdafiə fəaliyyətləri nəfsdən qaynaqlanır və bu işdə nəfsin faydalarını inkar etmək olmaz. Eqoist meyllər Allaha və Qiyamətə iman, Peyğəmbər (s) və İmamlara (ə) bağlılıq, şəri vəzifələrin icrası və xalqa xidmət vasitəsi ilə cilovlanmalıdır. Müsbət özünüistəyin mənfi özünəvurğunluğa çevrilməsinə yol vermək olmaz. Eqoist insan üçün yalnız şəxsi maraqlar mövcuddur. Bu çirkin sifət əvvəlcə insanın özü, sonra isə cəmiyyət üçün zərərlidir. Məsələn, qəzəb özünüistəkdəndir. Amma bu xüsusiyyət məzlumları incitmək yox, canını və malını, namusunu və dinini qorumaq istiqamətində fəaliyyət göstərməlidir. Azadlıq həyatın şirin neməti, iradə kamilliyin şərtidir. Çünki azad insan başqalarının əsiri deyil. Amma azadlıq əqlin hakimiyyəti altında olmalı və ifrata varılmamalıdır. Azadlıq hərc-mərclik, özbaşınalıq demək deyildir. Dünya nemətlərini istəmək təbii bir haldır. Amma bu istək ifrata varıb, insanı cinayətə günaha, oğurluğa, qumara sövq edirsə əlbəttə ki, pisdir. Ətrafdakılarla münasibətdə ən yaxşı yol xeyirxahlıqdır. Amma bu işdə də həddi gözləmək lazımdır. Xeyirxahlıq elə bir həddə çatmamalıdır ki, insan özünə və ailəsinə zülm etmiş olsun. Xoş rəftar, mehribanlıq çox gözəl sifətlərdir. Amma orta həddi aşıb şit zarafata çevrilən mehribanlıq bəyəniləsi iş deyildir. Xeyirxahlığa həvəsləndirən tərif də həddi aşmamalıdır.(Elmül-əxlaq”, 101.) Ardl Var... Əvvəli: http://ahlibeyt.az/news/a-11501.html "Kumeyl duasının şərhi” ( ixtisarla )
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 İyul, 2022 14:04 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |