إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyənin Kütahya vilayətində tarixi 3300 illik olan möhür və xəncər tapılıb

Türkiyənin Kütahya vilayətində 8 min illik tarixə malik Tavşanlı Höyükdə yeni dövr qazıntılarında 3300 illik möhür və xəncər tapılıb.

Ahlibeyt.az-ın Anadolu agentliyinə istinadla xəbər verir ki, sözügedən möhür və xəncər Bilecik Şeyh Edebali Universitetinin alimi Erkan Fidanın rəhbərliyi ilə aparılan qazıntılar zamanı tapılıb.

Havadan çəkilişlərdə ürək kimi göründüyü üçün “Kütahyanın ürəyi” adlandırılan kurqanda qazıntılar Mədəniyyət və Turizm Nazirliyi və Biləcik Şeyh Edebalı (BŞEÜ) ilə əməkdaşlıq çərçivəsində “Prezident Qərarlı Qazıntı” statusunda aparılır.

Dr. Erkan Fidanın rəhbərliyi ilə keçən ay başlayan yeni dövrün qazıntıları zamanı 3300 illik unikal möhür və Miken qılınclarını xatırladan xəncər tapılıb.

Aşkar edilən tarixi əsərlər Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər Baş İdarəsinin Qazıntılar və Araşdırmalar şöbəsinin sosial media hesabında paylaşılıb.

Aparılan digər qazıntılar zamanı bir çox yeni arxeoloji tapıntının aşkarlanması palanlaşdırılır.

 
 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 İyul, 2022  09:28 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!