|
|
Azərbaycan, Türkiyə və Qazaxıstan arasında “Bakı bəyannaməsi” imzalanıbAzərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısı nəticəsində "Bakı bəyannaməsi" imzalanıb. Ahlibeyt.az-ın Salamnews-a istinadən xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məlumat verib. Onun sözlərinə görə, bəyannamə nəqliyyat və kommunikasiya sahələri ilə bağlıdır. Qeyd edək ki, Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər nazirlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşü keçirilib. Görüşdə Azərbaycanı XİN başçısı Ceyhun Bayramov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyəni xarici işlər naziri Mövlud Çavuşğolu, həmçinin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Qazaxıstanı isə XİN başçı Muxtar Tleuberd və sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev təmsil edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 İyun, 2022 12:40 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |