27 İyun, 2022
Azərbaycan, Türkiyə və Qazaxıstan arasında “Bakı bəyannaməsi” imzalanıb

Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısı nəticəsində "Bakı bəyannaməsi" imzalanıb.

Ahlibeyt.az-ın Salamnews-a istinadən xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, bəyannamə nəqliyyat və kommunikasiya sahələri ilə bağlıdır.

Qeyd edək ki, Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər nazirlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşü keçirilib.

Görüşdə Azərbaycanı XİN başçısı Ceyhun Bayramov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyəni xarici işlər naziri Mövlud Çavuşğolu, həmçinin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Qazaxıstanı isə XİN başçı Muxtar Tleuberd və sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev təmsil edir.

 



 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11474.html