|
• Mənəviyyat • MənəviyyatCümə duaların qəbul olduğu və günahların bağışlanması üçün fürsətdirCümə günü müqəddəs və fəzilətli gündür. Həzrət Peyğəmbər (s) cümə gününü "günlərin sərvəri" adlandırmışdır.
İmam Əlidən (ə) nəql edilir ki, buyurub: "Cümə gününün fəzilətlərindəndir ki, hər kəs o günü Allahdan hacət istəyər, böyük Pərvərdigar onu yerinə yetirər. Əgər kimsə əzaba layiqdirsə, cümə günü və gecəsi dua edərsə, Allah onu həmin əzabdan qurtarar".
İmam Sadiq (ə) buyurmuşdur: "Cümə günü - böyük əhəmiyyətə və ehtirama malikdir. Belə isə, onun hörmətini sındırmayın! Bu gün Allah taalanın ibadətində əlindən gələni əsirgəmə və xoşa gələn əməllərlə Allah taalaya doğru müqərrəb və yaxın ol! Bütün haramlardan əl çək, çünki, Allah bu gün yerinə yetirilən savab əməlləri neçə bərabər yazaraq, pis əməllərin əzabını silir. Möminlərin dərəcələrini dünya və axirətdə ucaldır. Fəzilətdə, onun gecəsi də gündüzü kimidir. Əgər mümkün olsa, cüməyə keçən gecəni sübhə qədər oyaq qalıb, namaz qılıb dua oxuyaraq ibadətlə məşğul ol. Allah taala cüməyə keçən gecə, mələkləri möminlərin kəramətlərini artırmaq üçün onların həsənatlarını çoxaldıb, günahlarını silmək üçün birinci asimana göndərər".
O Həzrətdən nəql olunmuş başqa bir hədisdə oxuyuruq: "Bəzi vaxt, mömin bəndə bir hacəti üçün dua edir, amma Allah taala onu icabət etmir. Onu cümə gününə qədər təxirə salır ki, o günün fəzilətinə xatir bəndəsinin istəyini iki bərabər versin. Sonra buyurur: Həzrət Yusif (ə)-ın qardaşları, ataları Həzrət Yəqub (ə)-dan onları bağışlamalarını istədikdə, Həzrət Yəqub (ə) dedi: Səvfə əstəğfiru ləkum Rəbbi (Öz Rəbbimdən tezliklə sizin bağışlanmanızı istəyəcəyəm). İmam Sadiq (ə) buyurur: Yəqub (ə) övladlarının haqqında edəcəyi duanın qəbul olunması üçün onu, cümə gecəsi səhərə (sübhə yaxına) qədər təxirə saldı".
İmam Məhəmməd Baqir (ə) buyurur: "Allah taala bir mələyi məmur edib, ona cümə axşamı gecənin əvvəlindən sübhə qədər Allah taala tərəfdən nida edib, belə çağırmasını əmr edər: "Elə mömin bəndə var ki, sübh açılmamışdan əvvəl dünya va axirəti üçün dua edib, məni çağıra və mən onun duasını qəbul etməyəm?! Mömin bir bəndə vardırmı ki, sübh açılmamışdan əvvəl öz günahlarından tövbə etsin və mən onun tövbəsini qəbul etməyəm?! Mömin bir bəndə vardırmı ki, mən onun ruzisini azaltmış olam və indi (sübh açılmamış) məndən istəyə və mən onun ruzisini çoxaltmayam?! Mömin xəstə vardırmı ki, sübh açılmamışdan əvvəl sağalması üçün mənə dua edə və mən onun duasını qəbul etməyəm?! Zindanda olan qəm-qüssəli mömin bir bəndə vardırmı ki, sübh açılmamışdan əvvəl məndən istəyə və mən onu zindandan xilas etməyib qəm-qüssəsini aradan qaldırmayam, məzlum mömin bir bəndə vardırmı ki, sübh açılmamışdan əvvəl zalımın zülmünün aradan getməsi üçün dua edə və mən onun intiqamını alıb haqqını ona qaytarmayam!”
Cümə gününün fəzilətlərindən biri də başqalarını dua etməkdir.
Xanın Fatimeyi-Zəhra (s.ə) buyurur: Hər kim on nəfər üçün bağışlanma diləyərsə, behişt ona vacib olar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyun, 2022 10:30 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |