إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ekoloji cihad və yaxud müsəlman-yaşıllar

Son illər qərbli müsəlmanlar aralarında ekoloji cərəyanlar geniş vüsət tapıb. İlk öncə hər şey Avropa və Amerikada müsəlmanların təşkil etdiyi iməciliklər və “diyetik iftarlardan” başladı. Daha sonra isə eko-məscidlər, halal orqanik fermalar (genetik modofokasiya edilmiş məhsullardan, heyvanlar üçün zərərli yemlərdən, heyvanların qeyri-insani kəsilməsindən imtina edən fermalar), bu fermaların məhsulundan istifadə edən restoranlar, ekoloji mövzulara üstünlük verən mədrəsələr açılmağa başladı.  İslamın ətraf mühitlə bağlı mövqeyini aşılayan jurnallar, “yaşıl camaatlar” kimi icmalar təsis edildi. Bu arada ətarf mühitin qorunması ilə bağlı hədisləri araşdıran mərkəzlər də açıldı. Yaşıl müsəlmanların tədbirləri bunlarla bitmədi – artıq ABŞ-da “yaşıl Ramazan” adlı ənənənin əsası qoyulub. Beləki, hər il mübarək Ramazan ayı boyunca müsəlmanlar ekolojio cəhətdən təmiz məhsullarla iftar açır, yeməkdə israfçılığa yol vermir, qənaət edilən ərzalqarı isə Afrikada aclıqdan əziyyət çəkənlərə yollayırlar. Mədəni müstəvidə “ekoloji cihad” aparılır – müxtəlif konsertlər təşkil olunur, dini təbliğat aparılır, kitablar yazılır. Hazırda qəb müsəlmanları ümumdünya yaşıllar hərəkatının bir parçası olaraq hesab edirlər ki, kapitalistlərin qazan arzusu planeti məhv edir. Ziyanlı maddələr insanlara yedizdirilir, heyvanlara yem kimi verilir, bitkilər üçün kübrə kimi istifadə olunur, zərərli tullantılar havanı, torpağı və suyu çirkləndirir. Bununla da bütün planet təhlükə ilə üzləşir. Bunun qarşısını almaq üçün insanlar ətraf mühitin qayğısına qalmalıdır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 May, 2012  20:47 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!