إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Mahmud Vaezi: İran ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün yeni imkanlar yaranıb

İran ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün yeni imkanlar yaranıb. Bu imkanlardan istifadə edərək əlaqələri inkişaf etdirmək üçün də hər iki ölkənin potensialı da artıb.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi yerli mətbuata açıqlamasında deyib. O bildirib ki, siyasi, iqtisadi, mədəniyyət, turizm və elm sahələrində əlaqələr yüksələn xətlə inkişaf edir.

Onun fikrincə, tranzit və beynəlxalq yükdaşımalar sahəsindəki əlaqələri daha da inkişaf etdirmək zəruridir. Pandemiyaya baxmayaraq, İran ilə Azərbaycan beynəlxalq yüklərin daşınmasında yaxşı əməkdaşlıq etdilər. Hər iki dövlət bu işi yüksək səviyyədə təşkil etdilər və yükdaşımada ləngimə və problemlər olmadı. Bu istiqamətdə qarşılıqlı əməkdaşlıq davam edəcək.

Mahmud Vaezi koronavirusla mübarizədə İranın Azərbaycan ilə təcrübəsini paylaşmağa hazır olduğunu da bildirib.

İranın Prezident Administrasiyasının rəhbəri Azərbaycan dövlətini və xalqını Novruz bayramı münasibətilə təbrik edib və uğurlar arzulayıb.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Mart, 2021  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!