|
• DünyadaR.T. Ərdoğan: Can Azərbaycanımız 28 ildir Ermənistanın işğalında olan torpaqlarını 44 gündə geri aldı“Şimali Kipr Prezidenti Ersin Tatarın Azərbaycanın zəfəri ilə bağlı qardaş ölkəyə bir səfəri olacaq”. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türkiyə Respublikasının quruluşunun 37-ci ildönümü ilə bağlı Kiprin ərazisi olan Qapalı Maraşın açılışındakı çıxışında bildirib. Türkiyə Prezidenti E.Tatarın bu səfərinin Azərbaycana dəstək məqsədli olacağını deyib. R.T.Ərdoğan Şimali Kiprdən Azərbaycana salam göndərərək deyib ki, Türkiyə necə Azərbaycanla güclü bir gələcək qurmağa başlayıb, Kipr Türkləri ilə də bərabər belə birlik fəaliyyətində olacaq: “Azərbaycandakı qələbələrin şahidi oldunuz. Can Azərbaycanımız 28 ildir Ermənistanın işğalında olan torpaqlarını 44 gündə geri aldı. Hazırda onlar öz torpaqlarına yavaş-yavaş dönməyə başlayır. Bizlər tək ürək, tək dilək olduğumuz müddətdə öhdəsindən gələ bilməyəcəyimiz problem olmayacaq. Bizi bu şərəfli günlərə gətirən şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Noyabr, 2020 10:00 ⁄ Çap
Bu bölmədə21 Yanvar, 2021 İran xarici işlər naziri Azərbaycana səfər edəcək21 Yanvar, 2021 Co Bayden Administrasiyası ABŞ-ın Yəmən husilərilə bağlı sanksiya qərarını ləğv edəcəyini bildirib16 Yanvar, 2021 Fələstində son 15 ildə ilk dəfə ümumseçkilər keçiriləcək14 Yanvar, 2021 “Amnesty International”: Ermənistan Azərbaycanın mülki əhalisini hədəf alıb, qadağan edilmiş kasetli silahlardan istifadə edib14 Yanvar, 2021 BMT Tramp Administrasiyasının husiləri “terror təşkilatı” elan etmək istəyi barədə xəbərdarlıq edib |
Xəbər lenti
22 Yanvar, 2021 14:32
22 Yanvar, 2021 12:39
21 Yanvar, 2021 09:42
20 Yanvar, 2021 12:18
20 Yanvar, 2021 09:44
18 Yanvar, 2021 10:50
|
© 2021 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! CMS Danneo |
© Saytı düzəldib: 313wb.com |