|
• DünyadaQətər və ICESCO “Doha 2021 - İslam Mədəniyyəti Paytaxtı” tədbirlərini müzakirə ediblərMəlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatı Mədəniyyət nazirlərinin 2009-cu il oktyabrın 15-də Bakıda keçirilmiş VI konfransında Qətərin paytaxtı Dohanın 2021-ci ildə İslam Mədəniyyəti Paytaxtı elan edilməsi barədə qərar qəbul edilmişdi. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, on bir ildən sonra – 2020-ci il noyabrın 1-də Qətərdə bu əlamətdar mədəniyyət hadisəsinə hazırlıq işləri barədə məlumat yayılıb. Bu münasibətlə Qətər Mədəniyyət Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) arasında videokonfrans formatında müzakirə keçirilib. Qətər və ICESCO-nun səlahiyyətli nümayəndələri İslam Mədəniyyəti Paytaxtı çərçivəsində keçiriləcək tədbirlər proqramı ətrafında fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, Dohada beynəlxalq sərgi, konfrans, simpoziumların, habelə mədəniyyət həftələrinin təşkili planlaşdırılır. COVID-19 pandemiyası ilə əlaqədar bir sıra tədbirlərin virtual təşkili də istisna edilmir. Qətər Mədəniyyət Nazirliyi “Doha 2021 – İslam Mədəniyyəti Paytaxtı” tədbirlərinin açılışını yanvarın 14-də, Beynəlxalq Kitab Sərgisi zamanı təşkil etməyi nəzərdə tutur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Noyabr, 2020 08:47 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |