|
• Dünyadaİranın Ali Rəhbərinin “Instagram” hesabı dondurulub“Instagram” sosial şəbəkəsi İran İslam İnqilabının Ali Rəhbəri Seyid Əli Xamneyinin fransız dilində xəbərlər yayımladığı hesabını bağlayıb. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ali Rəhbərin administrasiyası verib. Qeyd olunub ki, Ali Rəhbərin Fransa gənclərinə ünvanlandığı məktubdan sonra onun hesabı bağlanıb. Məqsəd isə ondan ibarətdir ki, məktubun mətni fransalı gənclər tərəfindən oxunmasın. Qeyd edək ki, Ayətullah Xamneyi fransalı gənclərə müraciətində bildirib ki, müqəddəs şəxsləri təhqir etmək heç də söz azadlığı və demokratiyadan deyil, təxribat və fitnə-fəsaddan xəbər verir. Müraciətdə qeyd edilib ki, Fransa Prezidentinin söz azadlığına münasibətdə ikili standartdan çıxış etdiyini bildirib. Qeyd olunub ki, fitnə-fəsadı söz azadlığı kimi təqdim etmək, müqəddəs Peyğəmbəri təhqir edənləri müdafiə etmək islamofobiyaya rəvac verməkdir. Xatırladaq ki, Fransada Məhəmməd Peyğəmbəri karikatura çəkməklə təhqir edən jurnalın əməkdaşlarını Prezident Emanuel Makron müdafiə edib. Fransa Prezidenti müsəlmanları separatçı, islam dininin isə böhran vəziyyətində olduğunu deyib. Bu çıxış dünya müsəlmanlarının etirazına səbəb olub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2020 10:06 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |