إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Məhərrəm ayı ongünlüyü ilə əlaqədar Kərbəla valisindən mühüm bir qərar

Ayətullah Sistaninin koronavirus pandemiyası şəraitində izdihamlı mərasimlərin keçirilməsi qaydaları fətvasından sonra Kərbəla valisi Məhərrəm ongünlüyü ilə bağlı qərar verib.

Ahlibeyt.az-ın “Shafaqna türk”-ə istinadən məlumatına görə, Kərbəla valisi Nasif əl-Hitabi, mətbuat konfransında Qurban Bayramı zamanı edilən məhdudiyyətlərə işarə edərək bu il Məhərrəm ayının ilk on günündə, xüsusən Tasua və Aşura günlərində heç bir yerli və xarici qonaq qəbul etməyəcəklərini açıqlayıb.

Kərbəla qubernatorunun bu qərarı Ayətullah Uzma Sistaninin Corona virusunun yayılmasının qarşısını almaq və insanları Məhərrəm ayılarını virtual məkanda(sosial şəbəkələr üzərindən yayımlar) və televiziya qarşısında keçirməyə təşviq etmək üçün verdiyi fətvadan sonra qəbul edilib.

Xatərladaq ki, son günlərdə Corona virusunun artması hakimiyyət orqanlarını ciddi narahat edib və İraqın bəzi şəhərlərinə karantin rejimi tətbiq edilib.

Qeyd edək ki, bir müddət əvvəl ali məqamlı mərceyi-təqlid Ayətullah Seyyid Əli Sistani pandemiya şəraitində Məhərrəm ayı məclislərinin keçirilməsi ilə bağlı fətvası açıqlanmışdır. Fətvaya görə, ümumi məclislərdə koronavirusa qarşı bütün sanitariya protokollarına diqqətlə əməl edilməsi, ümumi məclis iştirakçıları arasında sosial məsafənin qorunması, tibbi maskalardan və koronavirusa yoluxmanın qarşısını alan digər vasitələrdən istifadə edilməsi bildirilib .


Fətvada qeyd olunub ki, bu məclislərdə iştirak edənlərin sayı dövlətin aidiyyatı üzrə qurum məsullarının göstərdikləri qaydalar əsasında olmalıdır. Əlbəttə bu məsələ mərasimin açıq fəzada və ya örtülü məkanlarda keçirilməsi və həmçinin koronavirusun şəhərlərdə yayılması dərəcəsinə görə fərqli olar bilər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Avqust, 2020  10:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!