|
• Mənəviyyat • MənəviyyatGünahların təsiri - Kumeyl duasının şərhiBöyük din alimi,ustad Hüseyn Ənsariyanın Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini bəzi ixtisarla oxuculara təqdim edirik. Həzrət Əli (ə) bir duasında Allaha belə münacat edir: "Mən cəhaləti səbəbindən Sənə itaətsizlik göstərmiş, günaha batmış, Səni unutmuş və dünyaya könül vermiş cahiləm.”("Biharul-ənvar”, 94-219) Bəlanın mənası Kəramət və bəsirət sahibləri "Allahummə əzuməl-bəlai” cümləsindəki "bəla” kəlməsini bir neçə cəhətdən mənalandırmışlar: 1. Günah Qeyd olunur ki, "bəla” dedikdə xəstəliklərin ən böyüyü olan günah nəzərdə tutulur. Əgər insan tövbə və saleh əməl vasitəsi ilə bu xəstəliyi müalicə etməsə qəlbi ölümə məhkumdur. Qəlb öldükdən sonra Allahla bəndə arasındakı bağlar qırılır və insan Allahın rəhmətindən əbədi məhrum olur. İmam Səccad (ə) "Taibin” duasında bu həqiqətə işarə edərək belə buyurur: "Böyük cinayətim olan həmin günahkarlığım qəlbimi öldürmüşdür.” Əbuzərdən hansı xəstəliyə düçar olduğunu soruşdular. Cavab verdi ki, «günahlarımın xəstəliyinə.» Çox mühüm bir sual-cavab Əminül-İslam Təbərsi "Məcməul-bəyan” təfsirində "Vaqiə” surəsinin təfsirinin müqəddiməsində belə rəvayət edir: Osman ibn Əffan , Əbdullah ibn Məsud xəstə olduğu vaxt ona baş çəkməyə getdiyi zaman ondan soruşdu: "Nədən şikayətin var?” Cavab bu oldu ki, - "Günahlarımdan”. Yenə sual verdi: "İştahan nə istəyir?” Əbdullah cavab verdi: "Allahın rəhmətini.” Osman ondan həkim gətirilməsi barədə soruşduqda Əbdullah dedi: "Məni həkim xəstələndirib.” Osman soruşdu ki, - "Haqqını (maaşını) beytül-maldan (xəzinədən) ödəyimmi?” Əbdullah cavab verdi: "Möhtac olduğum vaxt ödəmədin, ehtiyacım olmayandamı ödəmək istəyirsən?” Osman dedi: "Qoy ödəyim, qızların istifadə edər.” Əbdullah imtina etdi: "Qızlarımın ona ehtiyacı yoxdur. Onlara demişəm ki, "Vaqiə” surəsini oxusunlar. Həzrət Peyğəmbərdən (s) eşitmişəm ki, hər gecə "Vaqiə” surəsini oxuyan heç vaxt fəqir olmaz.” Üveys Qərən ilə söhbət "Təzkirətül-övliya” kitabında nəql olunmuş bir rəvayətdə Hərim ibn Həyyan deyir: «Üveys Qərənin şəfaət məqamı haqqında eşitdikdən sonra onunla görüşmək arzusuna düşdüm. Kufəyə gəlib onu axtarmağa başladım. Nəhayət, tapdım. O, dəstəmaz alırdı. Məni görüb soruşdu: "Bura gəlişinin səbəbi nədir?” Dedim ki, - "Səninlə görüşmək eşqi.” Dedi: "Allahı tanıyan insanın Ondan başqası ilə ünsiyyət axtarmasına inanmıram.” Dedim ki, - "Mənə nəsihət et.” Dedi: "Ölümü yatanda başının altında, oyananda isə qarşında gör. Günahın kiçikliyinə yox, Allahın böyüklüyünə diqqət et. Gör kimin qarşısında dayanmısan. Günahı kiçik saysan, Allahı kiçik saymış olarsan!» 2. Yaxın məqamdan uzaqlıq Alimlərin fikrincə «böyük bəla» Allaha yaxın məqamdan uzaq düşməkdir. Bu elə bir məqamdır ki, iman, saleh əməl və gözəl əxlaq vasitəsi ilə əldə edilir, Qiyamətdə insanın peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə yoldaşlığına səbəb olur. Belə bir məqamdan uzaq düşənlər, nəhayət, insanlıqdan, iman və saleh əməllərdən əsər-əlamət olmayan bir səviyyəyə - şeytanlara və dördayaqlı heyvanlara məxsus olan bir səviyyədə enirlər. İlahi məqama doğru daim hərəkətdə olanlar xüsusi feyzlərdən faydalanırlar. Bu feyzlərin təsirindən insan vəsfəgəlməz bir şadlıqla ibadət edir, xalqa yardım əlini uzadır. Belələri üçün xalis bəndəlikdən başqa bir iş yoxdur. Onların yeganə arzusu məhbubun ağuşuna yetişməkdir. Yusif Siddiq rəbbani eşqin təsiri altında Kənanın evini məscidə döndərdi. Yolun başlanğıcında röyalar aləminə səyahət edib bəzi məqamlardan xəbərdar oldu. Züleyxa üçün zəlalət uçurumu olan saray Yusif üçün yüksəliş zirvəsinə döndü. Yusif zindanı ibadət məkanına çevirdi. Nəhayət, Misir sultanlığını xalqa xidmət üçün vasitə etdi.
3. Nadanlıq. Cəhalət və nadanlıq da «böyük bəla» hesab olunur. Bütün bədbəxtliklərin və məhrumiyyətlərin kökü nadanlıqdır. Həzrət Əli (ə) buyurur: "Cəhalət xəstəlik və gücsüzlükdür.”(Ğurərul-hikəm”, 73.) "Cəhalət xəstəliklərin ən şiddətlisidir.”(Ğurərul-hikəm”, 73.) "Cəhalət diriləri öldürür, bədbəxtlikləri əbədi edir.”(Ğurərul-hikəm”, 75.) "Cahil təqsirini anlamır, nəsihəti qəbul etmir.”(Ğurərul-hikəm”, 75.) "Cahil diri də olsa, ölüdür.”(Ğurərul-hikəm”, 75.) "Cahil su axmayan daş, budağı cücərməyən ağac, otsuz torpaqdır.”(Ğurərul-hikəm”, 74.) Həzrət Əli (ə) bir duasında Allaha belə münacat edir: "Mən cəhaləti səbəbindən Sənə itaətsizlik göstərmiş, günaha batmış, Səni unutmuş və dünyaya könül vermiş cahiləm.”("Biharul-ənvar”, 94-219) Ardı var...
Əvvəli: http://ahlibeyt.az/news/a-10048.html
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Yanvar, 2021 13:35 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |