|
• Dünyadaİranda beynəlxalq Qüds günü yürüşləri keçirilməyəcəkİranda ənənəvi beynəlxalq Qüds günü yürüşləri bu il keçirilməyəcək. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, APA-nın Tehran bürosunun məlumatına əsasən, bunu İran İslami Təbliğat Şurasının koordinasiya mərkəzinin sədr müavini Nüsrətullah Lütfi deyib. Onun sözlərinə görə, koronavirus epidemiyası ilə bağlı, cari ildə geniş miqyaslı tədbirin keçirilməsi mümkün olmadığı üçün yürüş ləğv olunub: "Lakin Ramazan ayının son cümə günü İranın Ali lideri Ayətullah Xamenei İslam ümməti ilə bir başa canlı danışacaq. Bu canlı çıxış televiziya, radio və sosial şəbəkələr vastiəsilə canlı yayımlanacaq". "Qüds günü" ilk dəfə 1982-ci ildə İran İslam inqilabının lideri Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bəzi başqa müsəlman ölkələrində hər il Mübarək Ramazan ayının sonuncu cümə günü Fələstin xalqına dəstək tədbirləri keçirilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 May, 2020 15:54 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |