|
|
Milli Məclisin iclasında erməni şovinizminin qurbanlarının xatirəsi yad edilibMilli Məclisin bu gün keçirilən iclasında son 100 ildə erməni şovinizminin qurbanı olmuş insanların xatirəsi yad edilib. Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, spiker Sahibə Qafarova 31 Mart - Azərbaycanlılarının soyqırımı günü ilə əlaqədar erməni şovinizminin qurbanı olmuş günahsız insanların xatirəsinin yad edilməsini təklif edib. Deputatlar son 100 ildə erməni şovinizminin qurbanı olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Qeyd edək ki, iclas zamanı S. Qafarova bildirib ki, hazırda Milli Məclisin komitə və komissiyalarının iclasları onlayn keçirilir: “Lazımı təchizat yarandıqdan sonra Milli Məclisin plenar iclasları da onlayn keçiriləcək”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Mart, 2020 11:09 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |