
Milli Məclisin bu gün keçirilən iclasında son 100 ildə erməni şovinizminin qurbanı olmuş insanların xatirəsi yad edilib.
Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, spiker Sahibə Qafarova 31 Mart - Azərbaycanlılarının soyqırımı günü ilə əlaqədar erməni şovinizminin qurbanı olmuş günahsız insanların xatirəsinin yad edilməsini təklif edib.
Deputatlar son 100 ildə erməni şovinizminin qurbanı olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Qeyd edək ki, iclas zamanı S. Qafarova bildirib ki, hazırda Milli Məclisin komitə və komissiyalarının iclasları onlayn keçirilir: “Lazımı təchizat yarandıqdan sonra Milli Məclisin plenar iclasları da onlayn keçiriləcək”.