إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
Surələrin təssir və fəziləti

Həzrəti-Rəsul (s) buyurub: Bəqərə və Ali-İmran surəsini öyrənin ki, işıq saçandırlar. Yəni bu iki surə nur verən və işıqlandırandırlar. Bu iki bulud parçası kimi başının üstündə kölgə salacaqlar.

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər «Həmd» (“Fatihə”) surəsini tərəzinin bir gözünə və Quranın qalan surələrini başqa gözünə qoysalar, «Həmd» surəsi 7 dəfə ağır gələr”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim «Həmd» surəsini oxuyar – səmadan nazil olan bütün kitabları oxumağın savabını Allah ona inayət edər”.

Quran bəşəriyyətin dünya və axirət xoşbəxtliyini təmin edən ilahi həyat qanundur.

© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!