إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Quran surələrinin fəzilət və təsirləri - Maidə

Əl-Maidə (Süfrə)surəsi-4

Mədinədə nazil olmuşdur, 120 ayədir-Surənin adı 114-cü ayədə çəkilən maidə (süfrə) sözündən götürülüb

1-Əbul Carud Həzrət Bağırdən (ə) nəql edir ki, imam buyurdu: Hər kəs Maidə surəsini cümə axşamı oxusa, imanı zülmlə qarışmaz və heç vaxt Allaha şərik qərar verməz.

Bu surəni oxuyana  on savab yazırlar, nameyi-əməlindən on günahı məhv olar, və on dərəcə yüksəyə qalxar.

Əyyaşi öz mənbəsinə əsaslanaraq Əlidən (ə) nəql edib ki, Quranın bəzi ayələri bəzilərini nəsx (batil) edirdi. Onun icrası Peyğəmbərin əmri ilə idi, o vaxta qədər ki, Maidə surəsi nazil oldu və qabaqkı hökmlə bağlı olan ayələri nəsx etdi ancaq onun özündən bir şey nəsx olmadı. Bu surə nazil olan zaman Peyğəmbər bir qatıra minmişdi. Vəhyin ağırlığı o dərəcədə idi ki, qatırı hərəkət etməkdən saxladı və çox çəkmədi ki, onu yerə çökdürdü. Peyğəmbər elə bir hala düşdü ki, əlini Şeybət ibn Vəhəbin başına qoydu özünə gələnədən sonra Maidə surəsini bizə oxudu və biz hamımız ona əməl etdik.

Həmçinin Əbi Həmzə Sumalidən nəql olunub ki, Maidə surəsi bütövlükdə, kamil surətdə nazil olunub, və onunla Maidə surəsi ilə birlikdə yetmiş min mələk yerə gəldilər.

Hər kəs sübh vaxtı bir söz danışmamışdan qabaq bu ayəni üç dəfə oxusa, həmin gün güman etmədiyi qədər ruzisi çoxalar. "Bismillahir-rəhmanir-rəhim. Rəbbəna ənzil ələyna Maidətən Minnəs-səmai, təkunu ləna iydən liəvvəlina və axirina və ayətən minkə. Vərzuqna və əntə xəyrurraziqin. " (Maidə surəsi-114)

-(Məryəm oğlu İsa dedi: )"Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan

-Birinci gün sübh namazını qıldıqdan sonra dəstəmazlı halda iki rükət hacət namazı qılsın. Bu əməli qırx gün üzünü qibləyə tutub yüz dəfə salavat göndərsin və aşağıdakı ayəni (Maidə surəsi-114) əlli dəfə oxusun. Bu ayəni oxuduğu müddətdə heç kəslə danışmasın, işlərin fəth olunmasında bunun çoxlu təsiri vardır və təcrübə olunmuşdur.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 İyul, 2015  13:12 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!