|
Quran surələrinin fəzilət və təsirləri - Ali İmranHəzrəti-Rəsul (s) buyurub: Bəqərə və Ali-İmran surəsini öyrənin ki, işıq saçandırlar. Yəni bu iki surə nur verən və işıqlandırandırlar. Bu iki bulud parçası kimi başının üstündə kölgə salacaqlar. Ali-İmran("İmranın ailəsi") surəsi, 200 ayədən ibarətdir. Mədinədə nazil olub. Allahın Rəsulundan (s) rəvayət olunub ki, hər kəs cümə axşamı Ali İmran surəsini oxusa, Qiyamətdə ona iki qanad verərlər ki, ildırım surəti ilə sirat körpüsündən keçər. Übəyy ibn Kəb Peyğəmbərdən (s) nəql etmişdir ki, Həzrət buyurdu: Hər kəs Ali İmran surəsini oxusa, Allah-taala bu surənin hər ayəsinin müqabilində Cəhənnəm körpüsündən keçmək üçün amannamə əta edəcək. Yuxudan oyandıqda öz ətrafınıza baxın və Ali-İmran surəsinin sonunu "İnnə fi xəlqissəmavati-dən La təxliful miada kimi oxusanız çox faydalıdır." (Ali-İmaran 190-194) İbn Məsud deyir: Allahın rəsulundan (s.ə.v.v) eşitdim ki, belə buyurdu: Hər kəs aşağıdakı ayəni oxusa, Allah Qiyamət günündə ona buyurar: Ey bəndəm, mənim əhdimə vəfa etdin və əmanətimi yerinə yetirdin ki, o yeganəlik və tövhiddən ibarətdir, və məndə öz əhdinə vəfa edənlərin ən ləyaqətlisiyəm. Bəs ey mənim Mələklərim Behiştin qapılarını açın ki, o hansı qapıdan istəyirsə, daxil olsun: "Şəhidəllahu ənnəhu la ilahə illa huvə vəlməlaikətu və ulul-elmi Ğaimən bilqisti-dən və tərzuqu məntəşau biğəyri hisab"-a kimi (Ali İmran 18-27) . Bir kəs evdən xaric olanda (çıxanda) Ali-İmran surəsinin axırıncı ayələrini, Qədr, həmd və “Ayətəl-kürsü”nü oxusa, dünyada və axirətdə hacətləri qəbul olunacaq. Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət olunub ki, Allah hər bir kəsə savab vədəsi versə, əlbəttə ona vəfa edəcək, və hər kəsə əzab vədəsi versə, əgər istəsə, əzab verəcək, və əgər istəməsə əzab verməyəcək bu iş onun öz ixtiyarındadır. Həqiqətən Nəbiyyi-Əkrəm (s.ə.v.v) həmişə buyurardı: Hər kəs gecə bu ayələri (Ali İmran surəsinin axırını) oxusa, sanki bütün gecəni ibadət etmişdir. Həzrəti Sadiqdən (ə) nəql olunub ki, hər kim üçün çətinlik qarşıya çıxsa, beş dəfə "rəbbəna" desin, haqq-taala onun müşkülünü həll edər. O həzrətdən soruşdurlar: Yəbnə Rəsullah bunun mənbəyi nədir? (haradandır.) Buyurdu ki, Allah-taala bu beş kələmənin (Ali İmran 194) "Rəbbəna və atina, ma vəədtəna əla rusulik" bərəkətinə görə möminin duasını icabət (qəbul) edib buyurdu: "Fəstəcabə ləhum rəbbuhum" (Ali İmran 195) İbn Abbas Həzrəti Rəsuldan (s) rəvayət edir ki: Hər kəs cümə günü Ali-İmran surəsini oxusa, haqq-taala və Mələklər günəş batana qədər ona səlavat göndərərlər. Ali İmran surəsinin 25-ci ayəsində Allah-taala buyurur: "Qulillahummə malikəl-mulki tutil mulkə mən təşau biğəyri hisab"a qədər: İşlərin açılması və zəngin olmaq üçün bu ayəni 350 dəfə oxusun. "Qul innəl fəzlə biyədillahi yutihi mən yəşau, vəllahu vasiun əlim." (Ali-İmran-73) Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Oktyabr, 2022 13:25 ⁄ Çap
Bu bölmədə1 Sentyabr, 2023 Quran surələrinin fəzilət və təsirləri - Bəqərə surəsi8 Sentyabr, 2022 Quran oxumağın fəzilətləri31 Avqust, 2022 Quran surələrinin fəzilət və təsirləri - Ayətul-Kürsü22 Avqust, 2022 Quran surələrinin fəzilət və təsirləri - Fatihə surəsi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |