|
Quran surələrinin fəzilət və təsirləri - Fatihə surəsi"Həqiqətən, bu Quran ən doğru yola yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!"(İsra” surəsi, 9-cu ayə) "Fatihətul-kitab” surəsi (Səbul-məsani,Həmd,Şifa və Nur) Fatihətul-kitab, "Fatihə”–“Həmd” surəsi Allahın Rəhim və Rəhman adı ilə başlanır. Allaha sitayiş, Onun Camal və Cəlal sifətlərini sayaraq, ibadət və duanın yolunu bizə öyrədir. Hidayətə dəvət ilə surə bitir. Bu surənin qısa olmasına baxmayaraq, Quranın bütün ayələrini özündə cəm etmişdir. Dini maarifi, Allahı tanımanı, məadı və risaləti əhatə edir. “Həmd” surəsi Quranın fatihəsidir, yəni Allah kəlamının başlanğıcıdır. Məsumlar (ə) onu ərşin xəzinəsi, İlahi ərşin ən şərif xəzinəsi, şəfabəxş edən surə, Quranın böyük və ağır neməti kimi adlandırırdılar. İmam Cəfər Sadiq (ə) buyurub: Allahın İsm-əzəmi (müqddəs adları) Fatihətul-kitabda yerləşdirilmişdir. (“Səvabul-əəmal”, Şeyx Səduq səhifə 94., “Təfsir Əyyaşi” 1-ci cild səhifə 25.)
Nəbiyyi-Əkrəm (s) buyurur: "Hər kəs Fatihətul kitab surəsini oxusa, ona Quranın üçdə ikisinin oxunmasının savabını verərlər. Sanki hər mömin və möminəyə sədəqə vermişdir". Digər bir hədisdə hz.Məhəmməd(s) buyurur: "And olsun Allaha ki, Mənim canım onun əlindədir, Tövratda, İncildə, Zəburda, və hətta Quranın özündə bunun kimi surə yoxdur. Bu surə Ummul-kitabdır (kitabın anası) və səbu-məsanidir (yeddi ayədən ibarətdir) .Bu surə Allah və bəndə arasında bölüşdürülmüşdür və bəndə istədiyini ala bilir". Nəbiyyi-Əkrəm (s) Cabirə buyurdu: Ey Cabir, istəyirsənmi Allah öz kitabında nazil etdiyi yaxşı surəni sənə öyrədim? Cabir dedi: Bəli atam-anam səna fəda olsun Ya Rəsuləllah öyrət mənə. Sonra Rəsuli-Əkrəm (s)Həmd surəsi ki "Ummul-kitab" adlanır, ona öyrətdi. Sonra isə Həzrət buyurdu: Ey Cabir onun fəziləti haqqında bilmək istəyirsənmi? Dedi: Bəli atam-anam sənə qurban. Həzrət buyurdu: Bu surə ölümdən başqa hər bir dərdə şifadır. İmam Sadiqdən (ə) nəql olunub ki, əgər bir kəs Həmd surəsindən şifa ala bilməsə, heç bir şey onu sağaltmaz. Həzrəti Məhəmməd (s) buyurur: Allah Həmd surəsini bütün Quranın bərabərində qərar verdi, və xüsusilə onu nazil edəndə mənə minnət qoyub buyurdu ki, Fatihətul-kitab Ərş xəzinəsinin ən qiymətli surəsidir. Allah-taala bu surəni hz. Məhəmmədə məxsus edib, ona şərafət bəxş etdi və Həzrət Süleymandan başqalarını bunda şərik etmədi. Ancaq Süleyman Peyğəmbərə bu surədən Bismillahir-rəhmanir-rəhim nazil edildi. Əgər bir kəs bu surə oxunanda onu dinləsə, oxunuşun və onu üçdə birisinin savabını alacaqdır. Bunları qənimət sayıb, çoxaldın, vaxtı ötüb keçməsin ki, sonra onun həsrəti qəlbinizdə qalar. Bu surəni qırx dəfə qabdakı suya oxuyub, sonra onu xəstəyə içirin və sədəqə də verin. Sədəqə verilən şəxsə deyin ki, (filan) xəstənin sağalması üçün dua et. Əhəmiyyətli işlərin hasil olması, bəlanın və düşmənin dəf olması üçün bu surəni qeyd eoluduğu şəkildə xətm edin: Şənbə günü (altıncı gün) 70-dəfə,bazar günü 60-dəfə,bazar ertəsi (birinci gün) 50-dəfə,çərşənbə axşamı (ikinci gün) 40-dəfə, çərşənbə günü (üçüncü gün) 30-dəfə,cümə axşamı günü (dördüncü gün) 20-dəfə, cümə günü (beşinci gün) isə 10 dəfə Fatihə surəsini oxuyun (təcrübə olunmuşdur). Bir nəfər özünün yoxsulluğundan Peyğəmbərə şikayət etdi,o həzrət buyurdu: Öz evinə daxil olanda salam ver və bir dəfə Həmd surəsini oxu. O kişi həzrətin buyurduğu kimi etdi; Allah-taala onun, özünün və qonşularının ruzisinə bərəkət verdi. Həmd surəsini yetmiş dəfə oxumaq hər bir dərd üçün faydalıdır. Müqəddəs Ərdəbilidən nəql olunub ki, hər kəs həmd surəsini aşağıda qeyd olunan iki ayə ilə on gün və hər gündə on bir dəfə oxusun, (ümumilikdə 110 dəfə ). Bütün kiçik, böyük hacət və mətləbi olmuş olsa, belə bunları oxusun. Bu üslub təcrübə olunmuşdur və hacətə çatmaq üçün daha əlverişlidir. 1-"Ənzələ ələykum min bədil ğəmmi əmənətən nuasən yəğşa taifətən minkum və taifətun qəd əhəmməthum ənfusuhum yəzunnunə billahi ğəyrəl həqqi zənnəl cəhiliyyəti. Yəqulunə həl-ləna minəl əmri min şəyin. Qul innəl əmrə kulləhu lillahi, yuxfunə fiənfusi-him mala-yubdunə ləkə yəqulunə ləv kanə ləna minəl-əmri şəyun maqutilna hahuna. Qul ləv kuntum fibuyutikum ləbərəzəlləzinə kutibə ələyhimul qətlu ila məzaciihim vəliyəbtəliyəllahu mafisudurikum vəliyuməhhisə mafiqulubikum. Vallahu əlimun bizatis-sudur". (Ali-İmran surəsi 154) 2-"Muhəmmədun Rəsulullahi vəlləzinə məəhu əşiddau ələl kuffari ruhəmau bəynəhum tərahum rukkəən succədən yəbtəğunə fəzlən minəllahi və rizvanən simahum fivucuhihim min əsəris-sucudi. Zalikə məsəluhum fittovrati. Və məsəluhum fil-İncil kəzərin əxrəcə şətəhu fəəzarəhu fəstəğləzə fəstəva əla suqihi yucibuz-zərraə liyəğizə bihimul kuffaru vəədəllahul-ləzinə amənu və əmilus-salihati minhum məğfirətən və əcrən əzimən". (Fəth surəsi 29) Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. Bu ayələr zalımların ancaq ziyanını artırır. (İsra surəsi / 82) Əllamə Məclisi yazır: Həmd(Fatihə) surəsi şəfa verdiyi üçün şafiyə adlandırıblar. Mindən çox sağlamlıqdan ümidsiz olan xəstələrə Həmd surəsini oxumuşam və müsbət cavablar almışam, bu işə görə Allaha şükr edirəm. Bu Qurani-Kərimin möcüzəsidir. Əgər ixlas və yəqininiz olsa Quran bütün hacətlərinizi həll edər. Qeyd edək ki, burada yalnız Fatihə surəsinin fəzilət və təsirlərinin bir qismini qeyd eedilib. Bu barədə geniş məlumat əldə etmək istəyənlər daha müfəssəl dua və hədis kitablarına müraciət edə bilərlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Avqust, 2022 15:20 ⁄ Çap
Bu bölmədə1 Sentyabr, 2023 Quran surələrinin fəzilət və təsirləri - Bəqərə surəsi17 Oktyabr, 2022 Quran surələrinin fəzilət və təsirləri - Ali İmran8 Sentyabr, 2022 Quran oxumağın fəzilətləri31 Avqust, 2022 Quran surələrinin fəzilət və təsirləri - Ayətul-Kürsü |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |