|
Quran surələrinin fəzilət və təsirləri - Bəqərə surəsiBu surənin fəziləti barəsində dəyərli rəvayətlər nəql olunmuşdur. O cümlədən, mərhum Təbərsi "Məcməul-bəyan” təfsirində belə nəql etmişdir: Peyğəmbərdən soruşdular: Quranın hansı surəsi daha fəzilətlidir? Həzrət buyurdu: "Bəqərə” surəsi. Soruşdular: Onun hansı hissəsi daha fəzilətlidir? Həzrət buyurdu: "Ayətəl-kürsü”.[Nurus-səqəleyn” təfsiri, 1-ci cild, səh.26; "Məcməul-bəyan”, 1-ci cild, səh.32] Bu surənin fəzilətli olmasının səbəbi, zahirən onun hərtərəfli olmasına, xüsusilə onda yerləşən tövhid məsələlərinə görədir. Quran surələrinin bəzi ayələrinin digərlərindən müəyyən cəhətdən üstünlüyə malik olmasında heç bir ziddiyyət yoxdur. Çünki, onlara müxtəlif nəzərlərdən diqqət yetirilir. Burada mühüm bir həqiqəti təkrar etməyi lazım görürük - Quranın surə və ayələrinin tilavət olunmasının mühüm savab və fəzilətinin məfhumu heç də insanın təkcə onları dildə oxuyub əzbərləməsi və bununla kifayətlənməsi deyil. Əslində Quranın oxunması onun başa düşülməsi isə əməl etmək üçün bir müqəddimədir. Ümumiyyətlə, hər hansı bir surə və ya ayənin fəziləti barəsində qeyd olunanların o surə və ya ayənin məzmunu ilə çox sıx rabitəsi vardır. Məsələn, "Nur” surəsinin fəziləti barəsində buyurulur ki, hər kəs onu çox tilavət etsə, Allah onu və övladlarını zina kimi mənfur əmələ mürtəkib olmaqdan qoruyar. Çünki, bu surənin məzmunu cinsi azğınlıqlar və ehtirasla mübarizə yolunda mühüm göstərişləri əhatə edir. Subay şəxslərin evlənməyə tələsməsi, hicab göstərişi,zinanın tərk edilməsi, şeytani baxışların qarşısının alınması, şayiə yaymamaq, yersiz sözlər danışmamaq və nəhayət zinakar kişi və qadın barəsində ilahi cəza tədbirlərinin icra olunması kimi məsələlər bu surədə gəlmişdir. Aydındır ki, əgər bu surənin qayəsi cəmiyyətdə, yaxud ailədə icra olunarsa, zina əməlinin qarşısı alınar. Əgər bir kəs "Bəqərə” surəsinin yuxarıda qeyd olunduğu kimi, tövhid, qeyb aləminə iman, Allahşünaslıq, şeytan və bu kimi sair məsələlər barəsində olan ayələrini oxusa və onu tam vücudu ilə qəbul etsə, şübhəsiz, o fəzilətlərə malik olacaqdır. Quranı bütün hallarda oxumaq savabdır, amma onun əsil savabı və təsirləri o zaman olacaqdır ki, təfəkkür və əməl üçün bir müqəddimə olsun. İmam Hüseyn (ə) Peyğəmbərdən (s) belə nəql edir: "Hər kəs "Bəqərə” surəsinin əvvəlindəki dörd ayəni, "Ayətəl-kürsü”nü və ondan sonrakı iki ayəni və o surənin sonundakı üç ayəni oxusa, onun malına və canına bəla gəlməz, şeytan ona yaxın düşməz və Quran onun həyatında diqqət mərkəzində olub unudulmaz.”[Səvabul-əmal”, ("Nurus-səqəleyn”in 1-ci cildinin 26-cı səhifəsindən nəqlən)] İmam Sadiq əleyhissəlamdan nəql olunmuşdur: "Hər kəs "Bəqərə” və "Ali İmran” surələrini oxusa, Qiyamətdə bu iki surə iki bulud parçası, yaxud çətir kimi onun başına kölgə salacaq və onu cəhənnəm odundan qoruyacaq.”[Əl-burhan fi təfsiril-Quran”, 1-ci cild, səh.52] Ubəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s) nəql edir ki, Həzrət belə buyurdu: Hər kəs bu surəni (Bəqərə) oxusa Alllahın rəhmət və salamı olsun. Ona Allah yolunda fədakarcasına keşik çəkən sərhədçilərin savabını verərlər. (İbn Kəb) yenədə deyir: Peyğəmbər (s.ə.v.v) mənə buyurdu: Ey Ubəyy müsəlmanlara de Bəqərə surəsini oxusunlar. Çünki, onu oxuyub öyrətmək bərəkətin nazil olmasına, və onu (oxumağı) tərk etmək həsrətə səbəb olar. Sehrkarların onu batil etməyə qüdrəti çatmaz.Sonra Həzrət yenə buyurdu: Bu surəni oxuyan şəxsə Allahın rəhmət və salamı olsun. Nəbiyyi-Əkrəm (s) buyurur: hər kəs bir şey üçün qala vardır, Quranın qalası isə Bəqərə surəsidir. Bu surə gündüz hər bir evdə oxunsa, şeytan üç gün o evə daxil olmaz. Əgər onu gecələr oxusa, üç gecə o ev şeytanın oraya daxil olmasından amanda qalar.Sonra Həzrət yenə buyurdu: Rəvayət olunub ki, günlərin birində Rəsuli-Əkrəm (s) bir dəstəni müəyyən olunmuş yerə göndərdi. Sonra isə özü onların arxasında getdi. Qurandan nə qədər əzbər etdiklərini onlardan birbə-bir soruşdu. Axırda növbə hamıdan azyaşlı olan bir cavana gəlib çatdı. O Quranın bir hissəsini və Bəqərə surəsini əzbər etdiyini bildirdi. Sonra Həzrət üzünü cəmiyyətə tutub dedi: İndi isə gedin və bu cavan sizin Əmrinizdir (başçınız). Onlar dedilər: Ya Rəsuləllah, o bizim hamımızdan cavandır! Həzrət buyurdu: Bəli elədir, lakin o Bəqərə surəsini əzbər bilir. Onlar bir daha peyğəmbərdən soruşdular ki, Quranın hansı surəsi o biri surələrdən əfzəldir? Həzrət buyurdu: Bəqərə surəsi. İbrahim ibn Məhzum deyir bir kişi belə dedi: İmam Rzadan (ə) eşitdim ki, buyurdu: Hər kəs yatan zaman Bəqərə surəsini oxusa, Allahın iradəsi ilə o iflic xəstəliyinə giriftar olmaz. Əgər onu hər namazdan sonra bir kəs oxusa, heç bir ziyanverici ona ziyan vurmaz. Bəqərə surəsinin sonundakı ayələr həm Qurandır, həm dua və həmdə ki, Allahın razılığı. Bir hədisdə vardır ki, günlərin birində Allahın Rəsuluna (sv) dedilər: Sabit ibn Qeys Şəmasın evindən nur kimi bir işıq saçır. Həzrət buyurdu: O Bəqərə surəsini oxuyur.Sabitə dedilər: Gecələr sən otağında nə oxuyursan? O dedi: Bəqərə surəsinin sonunu (Amənər-Rəsulu). Hər kəs işa namazından sonra Bəqərə surəsinin sonundan iki ayəni (Amənər-rəsulu surənin sonuna kimi) oxusa, sanki bütün gecəni oyaq qalıb əhya saxlamışdır. Hər kəs Bəqərə surəsinin sonundan iki ayəni oxusa, Şeytan üç gecə onun evinə yaxın gəlməz. Qeyd edək ki, Bəqərə surəsinin Ayıtul-Kursi adı ilə məhşur olan 255,256,257-ci ayələrinin fəzilət və təsirləri barədə məlumatın əhəmiyyətini və çoxluğunu nəzərə alaraq bu barədə ayrıca veriləcək. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Sentyabr, 2023 13:32 ⁄ Çap
Bu bölmədə17 Oktyabr, 2022 Quran surələrinin fəzilət və təsirləri - Ali İmran8 Sentyabr, 2022 Quran oxumağın fəzilətləri31 Avqust, 2022 Quran surələrinin fəzilət və təsirləri - Ayətul-Kürsü22 Avqust, 2022 Quran surələrinin fəzilət və təsirləri - Fatihə surəsi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |