|
Quran surələrinin fəzilət və təsirləri - NisaBu surə 177 ayədən ibarətdir və Mədinədə nazil olmuşdur, iman və ədalətə dəvət, əvvəlki ümmətlərdən ibrət almaq, Allah düşmənləri ilə dostluq əlaqələrinin kəsilməsi, yetimlərin himayə edilməsi, eləcə də evlənmə, irs, ilahi rəhbərə itaət, hicrət, Allah yolunda cihad və s. kimi məsələləri əhatə edir. Bu surənin ilk 35 ayəsi ailə məsələləri ilə əlaqədar olduğundan «Nisa» (qadınlar) adlandırılmışdır. Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən nəql edib ki, o Həzrət buyurdu: Hər kəs bu surəni (Nisa surəsini) oxusa, elə bil ki, özündən sonra gələn hər bir möminə miras sədəqə vermişdir, və onun əcri bir bəndəni (qulu) alıb azad edən şəxsin əcri qədərdir. O şirkdən uzaq olar, və Allahın nəzərində xətasına göz yumulmuş kəslərdəndir. Əmirəlmöminin Əli(ə)dan nəql olunur:" Bəqərə, Maidə, Həcc, Nur, surələrini öyrənin çünki fərizələr və vacibatlar bu surələrdədir." Əmirəl-möminin Əli (ə) buyurmuşdur: "Hər kəs "Nisa” surəsini hər cümə günü oxusa, qəbir əzabından amanda qalar.” Həzrəti Məhəmməd (s) buyurur: Allah Nur surəsini oxuyan kəsə keçmişdəki və gələcəkdəki möminlərin hamısının əcri qədər həsənə (savab) verər. İmam Sadiq (ə) buyurur: Namus və malınızı Nur surəsini oxumaqla qoruyun. Həmçinin öz xanımlarınızı onunla qoruyun, çünki, bir kəs bu surəni hər gün yaxud hər gecə oxumağa davam etdirsə, ölənə qədər öz ailəsindən heç bir kəs iffətsizliyə (əxlaqsızlığa) düçar olmaz, Dünyadan gedəndə yetmiş min Mələk onu qəbrinə qədər müşayiət edər, hamısı onun üçün dua edib bağışlanmaq tələb edərlər, sonra onu qəbrə qoyarlar. (Yusif surəsinin 12-ci ayəsinə müraciət edin). Əgər Nur surəsinin 35 ci ayəsini yazıb yuyub onun suyunu gözünüzə sürtsəniz, qaranlıq və zəifliyi aradan gedər. "Əllahu nurus-səmavati vələrzi məsəlu nurihi kəmişqati fiha misbahunil misbahu fizucacətin-əzzucacətu kəənnəha kəvkəbun durriyyun yuqədu min şəcərətin mübarəkətin zeytunətin la şərqiyyətin vəla ğərbiyyətin yəkadu zəytuha yuziu vələv ləm təmsəshu narun. Nurun əla nurin yəhdillahu linurihi mən yəşau. Və yəzribullahul əmsalə linnasi, vəllahu bikulli şəyin Əlim" Nur –35 Əgər bir şəxs bir şəhərdə yaxud kənddə ürəyi sıxıla və darıxa, və o məhəllədən çıxmağı bacarmaya, o dərəcədə ki, heç cür oradan çıxa bilməsə, bu ayəni oxusa, əlbəttə bu ayə onun tezliklə o məhəllədən xaric olmasına səbəb olar. - "Rəbbəna əxricna min hazihil qəryətiz-zalimi əhluha, vəc-əlləna minlədunkə vəliyyən, vəc-əlləna min lədunkə nəsirən." Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”(Nisa surəsi 75). Hər zaman müəyyən məkanda bir şey itə, bu ayəni yazıb, yağış suyu ilə yusun, və sudan həmin yerə səpsin, əgər Allah istəsə o şey tapılar. "İnnallahə yəmurukum ən tuəddul-əmanati ila əhliha. Və iza həkəmtum bəynən-nasi ən təhkumu bilədl. İnnəllahə kanə səmiən bəsirən" (Nisa surəsi-58) Nisa 148 -Bu ayəni çox danışan, xudbin və təkəbbürlü, öz danışığı ilə məğrur olan adamın müqabilində, (göz qabağında) yazmaq lazımdır. Əgər onun sakitləşməsini istəsən, bunu oxusan, az danışacaqdır. Bu ayəni təkrar-təkrar oxuyan cabbar (təkəbürlü) hakimin şərrindən amanda qalar, və ona heç bir zərər dəyməz. لاَّ يُحِبُّ اللّهُ الْجَهْرَ بِالسُّوَءِ مِنَ الْقَوْلِ إِلاَّ مَن ظُلِمَ وَكَانَ اللّهُ سَمِيعًا عَلِيمًا La yuhibbul-lahil cəhrə bissui minəl qəvli illa mən zulimə və kanəllahu səmiiən əliimən". «Allah zülmə məruz qalmış şəxs istisna olmaqla (qeybət etmək, böhtan demək, pisləmək, söz gəzdirmək və qarğış etmək kimi) pis sözlərin aşkar və ucadan deyilməsini sevmir. Allah həmişə eşidən və biləndir.» Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Aprel, 2015 15:44 ⁄ Çap
Bu bölmədə1 Sentyabr, 2023 Quran surələrinin fəzilət və təsirləri - Bəqərə surəsi17 Oktyabr, 2022 Quran surələrinin fəzilət və təsirləri - Ali İmran8 Sentyabr, 2022 Quran oxumağın fəzilətləri31 Avqust, 2022 Quran surələrinin fəzilət və təsirləri - Ayətul-Kürsü |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |