إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənlinin “Məhərrəm Xütbələri” saytımızdan izlənə bilinəcək

Bu axşam - 20 avqust şam azanı zamanı (gün batdıqdan sonra) Hicri qəməri təqvimi ilə Məhərrəm ayı daxil olur - Məhərrəm ayının ilk günü bu il avqust ayının 21-nə Aşura günü (10 məhərrəm) avqust ayının 30-na təsadüf edəcək.

Ahlibeyt.az-ın verdiyi xəbərə, Dünyada COVİD-19 pandemiyasının yayılması fonunda ölkəmizdə də karantin rejimi tətbiq olunur. Bununla əlaqədar olaraq bu il məhərrəm mərasimləri bütün məscidlərdə olduğu kimi, Məşədi Dadaş məscidində də online rejimdə keçiriləcək.

Həzrət Seyyidüşşühəda İmam Hüseynin (əleyhissalam) əza məclisləri avqust ayının 21-dən – 30-na kimi hər axşam saat 21:00-da keçiriləcək.

Məhərrəm ayı xütbələri ilahiyyatçı alim,"Məşədi Dadaş" məscidinin imam cüməsi Hacı Şahin Həsənli tərəfindən oxunacaq. Proqrama Hacı Şahin Həsənlinin çıxışı ilə yanaşı Quran tilavəti və növhələrin oxunması da daxildir.

Hacı Şahin Həsənlinin rəsmi Youtube kanalı, Facebook və İnstagram səhifələrində canlı olaraq yayımlanacaq.

Ahlibeyt.az-ın izləyicilərinin  nəzərinə çatdırırıq ki,bu il "Məhərrəm Xütbələri" saytımızda yerləşdiriləcək, həmçinin mobil telefon və planşet sahiblərinin xüsusi proqram yukləmədən xütbələri daha asanlıqla dinlənə biləcək.

Qeyd edək ki,xütbələrin üzünün köçürülməsi və paylanması, youtube və digər şəbəkələrdə yerləşdirilməsinə icazə verilmir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Avqust, 2020  15:33 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!