|
• Mənəviyyat • MənəviyyatGünahın etiraf olunması - Kumeyl duasının şərhi
Böyük din alimi,ustad Hüseyn Ənsariyanın Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini bəzi ixtisarla oxuculara təqdim edirik. GÜNAHIN ETİRAF OLUNMASI Pərvərdigara! Ana bətnində olduğum vaxt hərtərəfli şəkildə lütf və ehsanından bəhrələndim. Öz inayətinlə məni murdar nütfədən kamil insan şəklinə gətirdin. Mənə ehtiyac duyduğum beyin, ürək, göz, dil kimi əzalar əta etdin. Dünyaya sağlam gəlişim üçün anamın cisminə qüvvə verdin. Onun sinəsindəki südü, mehriban ana ağuşunu, məhəbbətlə dolu ata qəlbini Sən qərar verdin. Mənə yaşayış üçün zəruri olan bütün vasitələri Sən yetirdin. Pərvərdigara, bütün ötən yaxşılıqlar məni o qədər arxayınlaşdırdı ki, nə qədər günah etsəm də bağışlanacağımı zənn etdim. Amma indi Sənin lütfünlə ayılmışam və öz kimliyimi görürəm. Bütün vücudumla Sənə üz tutub günahlarımı etiraf edirəm: «zələmtu nəfsi.» Anlayıram ki, günahların bu sayaq etirafı bir növ tövbə və Sənə doğru qayıdışdır. İmam Baqir (ə) buyurur: “And olsun Allaha, günahlarını etiraf etməyən kəs nicat tapmaz”.(«Biharul-ənvar», 6-cı cild, səh-36.) «And olsun Allaha, xalqa yalnız iki xasiyyət lazımdır: nemətləri etiraf etsinlər ki, artsın, günahları etiraf etsinlər ki, bağışlansın».(«Kafi», 2-ci cild, səh-426.) Həzrət Əli (ə) buyurur: “Günahını etiraf edən kəs tövbəkar hesab olunur”.(«Mustədrəkül-vəsail», 12-ci cild, səh-116.) “Günahın etirafı onun şəfaətçisi, günaha görə üzr istəmək onun tövbəsidir”.(«Ğürərul-hikəm», səh-195.) Təzkirətul-avliya kitabında nəql olunur ki, İmam Sadiq (ə) buyurmuşdur: “Əvvəli qorxu, sonu üzrxahlıq olan hər bir günah bəndəni Allaha yaxınlaşdırır. Əvvəli xudbinlik, sonu xudpəsəndlik olan hər bir ibadət bəndəni Allahdan uzaqlaşdırır”.
Ardı var... Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Dekabr, 2019 13:49 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |