|
• Mənəviyyat • Mənəviyyatİnsanın özünə zülmü - Kumeyl duasının şərhiBöyük din alimi,ustad Hüseyn Ənsariyanın Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini bəzi ixtisarla oxuculara təqdim edirik. Təsbih və Həmd Təsbih Həzrət Haqqı hər bir eyibdən pak bilmək, Onun sonsuz kamalını təsdiq etməkdir. Təlhə ibn Übeydullah deyir: «Həzrət Peyğəmbərdən (s) «sübhan Əllah» haqqında soruşduğum zaman Həzrət (s) buyurdu ki, «sübhan Allah» Allahı hər bir eyibdən pak bilməkdir».("Mizanul-hikmət", 5-2362.) Qurani-Məciddə «İsra» surəsinin 44-cü ayəsində buyurulur: "Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin. Lakin siz onların təsbihini anlamahsınız". Duanın bu hissəsində Allahın təsbihindən məqsəd günah və xataların etirafından sonra bağışlanmaq üçün təsbihin ən üstün vasitə olmasıdır. Yunus gecənin, dənizin, düşdüyü yerin qaranlığında belə fəryad etdi: "Pərvərdigara! Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və müqəddəssən! Mən isə həqiqətən zalımlardan olmuşam».(«Ənbiya» surəsi, ayə 87.)Bu ayə haqqında Həzrət Peyğəmbər (s) buyurur: «Bu duanı oxuyan hər bir dərdlinin duası qəbuldur».("Ənisül-ləyl"səh-226.) Həzrət Əli (ə) buyurur ki, təsbih əməl tərəzisini savabla doldurar".("Ənisül-ləyl", səh-228.) Əllamə Məclisi "Biharul-ənvarda" belə nəql edir: «Həzrət Peyğəmbər (s), qarşısına onu xoşhal edəcək bir iş çıxdıqda bu nemətə görə Allaha həmd oxuyardı. Qarşısına onu qəmləndirəcək bir iş çıxdıqda isə deyərdi: «Bütün hallarda Allaha həmd olsun». "Zələmtu nəfsi və təcərrətu bicəhli, və səkəntu ila qədimi zikrikə li və mənnikə ələyyə" (Özümə zülm etdim və nadanlıqdan cəsarətə yol verdim, keçmişdə əta etdiklərini xatırlamaqla arxayınlaşıb oturdum) İnsanın özünə zülmü Pərvərdigara! Səni düşüncə yolu ilə varlıq aləmindəki əsərlərinə tamaşa etməklə alimlərdən həqiqətləri eşitməklə kitabları mütaliə etməklə lazımi həddə tanısam da, Sənə doğru hərəkət etmədim, istəyinə tabe olmadım, qarşında təvazö göstərmədim, bütün işlərimdə Səndən qəflətdə qaldım və bütün bunlarla özümə böyük zülm etdim! Aldığım məlumatlardan peyğəmbərlərini tanısam da, onların doğru yola çağırdığını bilsəm də insanlar üçün səadət istədiklərini anlasam da onlardan üz döndərdim. Biganələrə üz tutub, peyğəmbərlərinin zəhmətini qiymətləndirmədim. Özümə böyük zülm etdim! Quranla kifayət qədər tanış olsam da, onun peyğəmbər vasitəsi ilə göndərilmiş ilahi vəhylərdən ibarət olduğunu bilsəm də yenə arxa çevirdim və ondan ayrılıqda yaşadım. Bu, özümə rəva bildiyim ağır bir zülm idi! Müxtəlif vasitələrlə məsum imamların ilahi bir dəlil olduğunu bilsəm də onların peyğəmbər tərəfindən özündən sonra üçün ilahi rəhbər kimi tanıtdırıldığından xəbərdar olsam da, onların Allah düşmənləri tərəfindən min bir müsibətə düçar etdirilib şəhadətə yetirildiklərini, nəfsimə uyub şərqi və qərbi azğınlığa sürükləmiş cahillərə üz tutdum, onları imamlardan üstün bildim. Bununla da özümə böyük zülm etdim! Alimin yerində otursa cahil Dünyanın işləri olası müşkül. Bu könül xanəsi pərvanə sayaq Qalacaq hörümçək torunda dustaq. Zahirdə güləcək sevgi, məhəbbət, Batində görəcək işini nifrət. Dost-dostdan, yar-yardan düşəcək ayrı, Hamı üz tutacaq günaha sarı. Yarılacaq iffət, həya pərdəsi, Boğulacaq qəlbdə vicdanın səsi. Bilsəm də ki, «Nəhcül-bəlağə» Həzrət Əlinin (ə) sonsuz biliyindən bir parçadır, bu xəzinədə Allaha və səadətə doğru hərəkət üçün göstərişlər toplanıb, onu «Quranın qardaşı» adlandırıblar, mənasız qəzet və jurnallara maraq göstərdim. Əlli dörd duadan ibarət olan «Səhifeyi-Səccadiyyədən», abidlər mövlası İmam Səccadın (ə) ürək döyüntülərindən ibarət olan bir kitabdan xəbərdar olsam da, vaxtımı mənasız romanlar oxumaqla tələf etdim. Səadət yolunu göstərən «Kafi», «Təhzib», «İstibsar», «Biharul-ənvar», «Vəsail» və sair kimi kitabların bərəkətindən məhrum oldum. Özümə çox böyük zülm etdim! Nadanlıqdan günah Pərvərdigara! Elm və bilik ardınca getmədiyimdən dini maarifdən məhrum oldum. Dünyanın tufanlı dəryasında cəhalət gəmisinə minib, günah burulğanında qərq oldum. Nadanlıq həqiqətləri dərk etməyə işin sonunu görməyə imkan vermədi. Nə cənnət, nə də cəhənnəm haqqında düşünə bildim. Nadanlıq məni Səninlə müxalifətə günahkarlığa sövq etdi. Ardı var... Əvvəli: http://ahlibeyt.az/news/a-9657.html Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Oktyabr, 2019 12:00 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |