|
• DünyadaBir milyon civarında suriyalı qaçqın ölkəyə geri dönüb - Nazir"Ölkəyə dönən qaçqınların sayı bir milyon civarındadır. Onların əksəriyyəti Livandan geri dönənlərdir." Ahlibeyt.az-ın məlumatına görə, Salamnews RT.Arabic-ə istinadla xəbər verir ki, bunu Suriyanın ekologiya naziri Hüseyn Maxluf deyib. Əl-Vətən qəzetinə verdiyi açıqlama zamanı o bildirib ki, ölkəyə geri dönən qaçqınların sayı bir milyon civarındadır. Suriyalı nazirin sözlərinə görə onların çoxu Livandan ölkəyə geri dönənlərdir. Ölkəyə dönən qaçqınlar üçün bir sıra yardım və müavinətlərin nəzərdə tutulduğunu deyən ölkə naziri əlavə edib ki, bu rəqəmin artımı getdikcə sürətlənir. Qeyd edək ki, Suriya Ordusunun 2017-ci ildə cənub əyalətləri və bir sıra mərkəzi bölgələri terror qruplaşmalarından geri aldıqdan sonra Livan və İordaniyada yaşayan qaçqınların geri dönmə tendensiyası başlayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Dekabr, 2019 14:03 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |