5 Dekabr, 2019
Bir milyon civarında suriyalı qaçqın ölkəyə geri dönüb - Nazir

"Ölkəyə dönən qaçqınların sayı bir milyon civarındadır. Onların əksəriyyəti Livandan geri dönənlərdir."

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews RT.Arabic-ə istinadla xəbər verir ki, bunu Suriyanın ekologiya naziri Hüseyn Maxluf deyib.

Əl-Vətən qəzetinə verdiyi açıqlama zamanı o bildirib ki, ölkəyə geri dönən qaçqınların sayı bir milyon civarındadır.

Suriyalı nazirin sözlərinə görə onların çoxu Livandan ölkəyə geri dönənlərdir.

Ölkəyə dönən qaçqınlar üçün bir sıra yardım və müavinətlərin nəzərdə tutulduğunu deyən ölkə naziri əlavə edib ki, bu rəqəmin artımı getdikcə sürətlənir.

Qeyd edək ki, Suriya Ordusunun 2017-ci ildə cənub əyalətləri və bir sıra mərkəzi bölgələri terror qruplaşmalarından geri aldıqdan sonra Livan və İordaniyada yaşayan qaçqınların geri dönmə tendensiyası başlayıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9982.html