|
• DünyadaABŞ azadlıq adı altında ölkələri işğal edirBəhreyn şiələrinin lideri Ayətullah şeyx İsa Qasim bu gün Cümə xütbəsində ABŞ-ın bölgədəki siyasətini tənqid edib. Şeyx İsa Qasim ilk öncə ərəb ölkələrinin Bağdaddakı toplantısında Bəhreyn böhranının müzakirəyə çıxarılmasının qadağan edilməsini pisləyərək deyib ki, nə üçün görəsən ərəb ölkələrinin başçılarının qulaqları Bəhreynə çatanda karlaşır. Şeyx İsa Qasim həmçinin ABŞ-ın da Bəhreyndə baş verənlərə münasibətini pisləyərək deyib ki, ABŞ azadlıq şüarı adı altında ölkələri işğal etməkdədir. Amma növbə Bəhreynə çatanda Bəhreyn kralını dəstəkləyir. ABŞ-nın dəfələrlə Bəhreyn rejimi bizim strateji müttəfiqimizdir deməsi özü onun göstəricisidir ki, ABŞ üçün əsas demokratiya və azadlıq yox, onun maraqlarıdır. Şeyx İsa Qasim bir daha Bəhreyn kralına səslənərək deyib ki, xalqın səsinə cavab verməyəcəyənədək Bəhreyn böhranı davam edəcəkdir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Aprel, 2012 01:25 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |