|
• Dünyadaİslam Almaniyanın bir hissəsinə çevrilib - Kristian Vulfİslam Almaniyanın bir hissəsinə çevrilib. Ahlibeyt.az-ın məlumatına görə, Salamnews-un "Anadolu"ya istinadən verdiyi xəbərə əsasən, bunu Almaniyanın sabiq prezidenti Kristian Vulf Kurt Brüldə türk mədəniyyət mərkəzinin təşkil etdiyi "Başqa cəmiyyətdə ictimai harmoniya" konfransında çıxış edərkən deyib. “Xristianlıq və yəhudilikdən başqa islam da Almaniyanın bir hissəsi olub, bu gün ölkəmizdə beş milyona qədər müsəlman yaşayır. Onar yalnız cəmiyyətimizin tam üzvü deyil: dinləri, məscidləri, mədəni və dini dəyərləri bizim bir parçamıza çevrilib", o deyib. Onun sözlərinə görə, ksenofobiya Almaniyada çox sayda miqrantın yaşadığı bölgələrdə daha az yayılıb. "Bu onu sübut edir ki, qərəzli münasibətin olmadığı təqdirdə insanlar bir cəmiyyətdə dinc yanaşı yaşaya bilərlər", Vulf bildirib. O bildirib ki, 11 sentyabr terror hücumundan sonra dünyada, o cümlədən Almaniyada ksenofobiya və islamofobiyada artım qeydə alınıb. Qeyd edək ki,son məlumatlara əsasən 83 milyona qədər əhalisi olan Alamaniyada hazırda 5 milyona yaxın müsəlmanın məskunlaşdığı bildirilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Noyabr, 2019 10:55 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |