25 Noyabr, 2019
İslam Almaniyanın bir hissəsinə çevrilib - Kristian Vulf

İslam Almaniyanın bir hissəsinə çevrilib.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews-un  "Anadolu"ya istinadən verdiyi xəbərə əsasən, bunu Almaniyanın sabiq prezidenti Kristian Vulf  Kurt Brüldə türk mədəniyyət mərkəzinin təşkil etdiyi "Başqa cəmiyyətdə ictimai harmoniya" konfransında çıxış edərkən deyib.

“Xristianlıq və yəhudilikdən başqa islam da Almaniyanın bir hissəsi olub, bu gün ölkəmizdə beş milyona qədər müsəlman yaşayır. Onar yalnız cəmiyyətimizin tam üzvü deyil: dinləri, məscidləri, mədəni və dini dəyərləri bizim bir parçamıza çevrilib", o deyib.

Onun sözlərinə görə, ksenofobiya Almaniyada çox sayda miqrantın yaşadığı bölgələrdə daha az yayılıb.

"Bu onu sübut edir ki, qərəzli münasibətin olmadığı təqdirdə insanlar bir cəmiyyətdə dinc yanaşı yaşaya bilərlər", Vulf bildirib.

O bildirib ki, 11 sentyabr terror hücumundan sonra dünyada, o cümlədən Almaniyada ksenofobiya və islamofobiyada artım qeydə alınıb.

Qeyd edək ki,son məlumatlara əsasən 83 milyona qədər əhalisi olan Alamaniyada hazırda 5 milyona yaxın müsəlmanın məskunlaşdığı bildirilir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9964.html