|
• DünyadaMüsəlman xanımların hicab taxmaları onların haqqıdır!Kenterberi arxiyepiskopu Rouen Uilyams Oksford şəhərində keçirilən ədəbiyyat festivalında çıxışı zamanı bildirib ki, hicabdan istifadə etmək müsəlman xanımın hüququdur. Rouen Uilyams deyib ki, mən dəfələrlə müsəlman olmayan xanımları görmüşəm ki, başlarını örpəklə örtürlər. Səbəbi isə örpəkli olduqları halda özlərini inamlı hiss etmələridir. Mənim dərslərimdə iştirak edən öz şagirdlərimdən biri həmişə dərsə başı bağlı gəlirdi deyən baş yepiskop deyib ki, o mənə həmin örpəyin onun təhlükəsizliyini təmin etdiyini və özünə inam yaratdığını bildirmişdir. Uilyams həmin şəxslərin başlarını dini göstərişə görə deyil, mənəvi və psixoloji motivlərlə əlaqəli bağladıqlarını bildirib. Qeyd edək ki, Rouen Uilyams ilk ilk dəfə deyil ki, müsəlmanların haqqlarını müdafiə edir. 2006-cı ildə o Böyük Britaniyada niqabın qadağan edilməsinə etiraz etmişdi. 2008-ci ildə isə Böyük Britaniyanın qanunvericiliyinə şəriət normalarının daxil edilməsini və bunun müsəlmanların cəmiyyətə inteqrasiyasına xidmət edəcəyini bildirmişdi. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Aprel, 2012 18:54 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |