إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Rektordan açıqlama: İlahiyyat İnstitutunda vahid geyim forması tətbiq edilir

“Azərbaycan İlahiyyat İnstitutunda vahid geyim forması tətbiq edilir”.

Bunu İnstitutun rektoru Ceyhun Məmmədov bildirib. Onun sözlərinə görə, bu gün dünya universitetlərində, hətta Amerikanın, Avropanın bir çox universitetlərində vahid geyim forması tətbiq olunur:

“Xüsusilə də həm İslamla, həm də yəhudi və xristianlıqla bağlı ali dini təhsil müəssisələrində vahid geyimlər tətbiq edilir. Azərbaycan İlahiyyat İnstitutu da vahid geyim formasından istifadə edir. Bu geyimlər Azərbaycan adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə uyğun hazırlanır. Burada konkret olaraq hansısa dini geyimdən söhbət getmir, ümumi vahid bir forma fikirləşilib.

Azərbaycan İlahiyyat İnstitutu dünyəvi təhsil müəssisəsidir, bu məsələlər ölkəmizdəki qanunlara uyğun tənzimlənir. Xanım tələbələrə 2 geyim tətbiq olunur, hicab geyinən xanımların geyimi onların inancına uyğun olaraq nəzərdə tutulur. Bir də hicab geyinməyən tələbələrimiz var ki, onların geyimi isə fərqlidir".

Rektor deyib ki, universitetdə vahid geyim məcburidir: "Burada bir neçə hədəf və məqsəd var. Bunlardan biri odur ki, indidən gələcək mütəxəssislərimiz vahid geyimə hazır olsunlar. Hesab edirik ki, bu insanlar gələcəkdə müxtəlif qurumlarda, təşkilatlarda çalışacaqlar, bu sahənin mütəxəssisləri ünsiyyətdə olduqları insanlara nümunə olmalıdılar. Tələbələrimiz artıq bu geyimlə təmin olunublar, bu il qəbul olunan tələbələrə də artıq geyimləri paylayırıq”.

Mənbə: apa.az

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Sentyabr, 2019  16:57 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!