|
• DünyadaBMT rəsmisi Azərbaycanın fələstinli qaçqınlara humanitar dəstəyini yüksək qiymətləndiribBMT-nin Yaxın Şərq Agentliyinin rəhbəri Azərbaycanın fələstinli qaçqınlara göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirib. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri Pyer Krahenbul ilə görüşüb. Fələstinli qaçqınlara yardım göstərilməsi ilə bağlı təmsil etdiyi qurumun son dövrləri əhatə edən fəaliyyət istiqamətləri və gələcək planları barəsində məlumat verən P.Krahenbul Azərbaycanın fələstinli qaçqınların həyat şəraitinin yaxşılaşdırılmasına və Agentliyin ənənəvi təhsil, səhiyyə və digər proqramlarının gücləndirilməsinə göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirib. Azərbaycanın Qoşulmama Hərəkatına sədriyi və bu ilin oktyabrında Bakıda keçiriləcək Zirvə görüşündən bəhs edən Pyer Krahenbul bu tədbirdə iştirak edəcəyini qeyd edib. Görüşdə, həmçinin Agentlik ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Sentyabr, 2019 10:28 ⁄ Çap
Bu bölmədə25 Yanvar, 2021 BMT-nin Baş katibi: Təhsil sistemində fasilələr bütöv bir nəsil üçün fəlakətə çevrilə bilər21 Yanvar, 2021 İran xarici işlər naziri Azərbaycana səfər edəcək21 Yanvar, 2021 Co Bayden Administrasiyası ABŞ-ın Yəmən husilərilə bağlı sanksiya qərarını ləğv edəcəyini bildirib16 Yanvar, 2021 Fələstində son 15 ildə ilk dəfə ümumseçkilər keçiriləcək14 Yanvar, 2021 “Amnesty International”: Ermənistan Azərbaycanın mülki əhalisini hədəf alıb, qadağan edilmiş kasetli silahlardan istifadə edib |
Xəbər lenti
25 Yanvar, 2021 15:37
25 Yanvar, 2021 14:04
25 Yanvar, 2021 12:47
25 Yanvar, 2021 12:20
25 Yanvar, 2021 10:15
22 Yanvar, 2021 14:32
22 Yanvar, 2021 12:39
|
© 2021 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! CMS Danneo |
© Saytı düzəldib: 313wb.com |