25 Sentyabr, 2019
BMT rəsmisi Azərbaycanın fələstinli qaçqınlara humanitar dəstəyini yüksək qiymətləndirib

BMT-nin Yaxın Şərq Agentliyinin rəhbəri Azərbaycanın fələstinli qaçqınlara göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirib.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri Pyer Krahenbul ilə görüşüb.

Fələstinli qaçqınlara yardım göstərilməsi ilə bağlı təmsil etdiyi qurumun son dövrləri əhatə edən fəaliyyət istiqamətləri və gələcək planları barəsində məlumat verən P.Krahenbul Azərbaycanın fələstinli qaçqınların həyat şəraitinin yaxşılaşdırılmasına və Agentliyin ənənəvi təhsil, səhiyyə və digər proqramlarının gücləndirilməsinə göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirib.

Azərbaycanın Qoşulmama Hərəkatına sədriyi və bu ilin oktyabrında Bakıda keçiriləcək Zirvə görüşündən bəhs edən Pyer Krahenbul bu tədbirdə iştirak edəcəyini qeyd edib.

Görüşdə, həmçinin Agentlik ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9840.html