إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İslam Əməkdaşlıq Təşkilatı işğal altındakı Fələstin əraziləri ilə bağlı bəyanat verib

İslam Əməkdaşlıq Təşkilatı ötən gün Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirdiyi təcili toplantının yekununda İsrail baş naziri Benyamin Netanyahunun fələstinlilərə qarşı ərazi iddiasını pisləyən bəyanat verib.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews  əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı ötən gün verdiyi bəyanatda İsrail baş naziri Benyamin Netanyahunun ərazi iddialarını rədd etdiyini və kəskin şəkildə pislədiyini bildirib.

Bəyanatda deyilib:

"İƏT-ın xarici işlər nazirlərinin toplantısı Netanyahunun İordan çayının qərb sahilində bəzi bölgələrin İsrailə əlavə edilməsini kəskin şəkildə pisləyir və onu mütləq şəkildə rədd edir. Yaxın Şərqdə sülh yalnız İsrailin 1967-ci ildən sonra işğal etdiyi ərazilərdən o cümlədən Şərqi-Qüdsdən çıxmasından sonra baş tuta bilər."

Qeyd edək ki, Benyamin Netanyahu ötən həftə Knesset seçkilərinin təbliğat kompaniyasında İordan çayının vadisinin, Ölü dənizin şimalının və İordan çayının qərbindəki (qeyri-qanuni tikilmiş) yəhudi yaşayış massivlərinin İsrailə qatılacağını vəd edib.

Netanyahunun bu çıxışını BMT və Avropa İttifaqı da pisləyib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Sentyabr, 2019  10:56 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!